Düşmənlə həmsərhəd kənddə yeni məktəb binası istifadəyə verilib
Tarix: 11.05.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Köhnəqışlaq kəndində müasir tələblərə uyğun inşa olunmuş 108 şagird yerlik tam orta məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissələrin komandirləri, kənd sakinləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri açan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün cəbhə bölgəsində yaşayan əhaliyə xüsusi diqqət və qayğı ilə yanaşılır. Onların sosial rifahlarının yüksəlməsi istiqamətində zəruri tədbirlər icra olunur. Sosial layihələr həyata keçirilir, müasir inzibati binalar inşa olunur, içməli su təminatları yaxşılaşdırılır, avtomobil yolları əsaslı təmir olunur, yeni körpülər tikilir, elektrik enerjisi və təbii qaz təminatı daim nəzarətdə saxlanılır. Bu dövlət dəstəyini Köhnəqışlaq kəndinin timsalında da görmək mümkündür. Bu yaxınlarda rayonun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini əhatə edən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün isə ən müasir tələblərə cavab verən Köhnəqışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi qeyd olunur. Bütün bunlar dövlətimizin başçısı tərəfindən ağstafalılara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Sonra rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək son illərdə rayonda təhsil sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Tədbirdə çıxış edən məktəbin müəllimləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri son dövrlərdə Ağstafada məktəblər üçün inşa olunan yeni binalara, rayon təhsilinin maddi-texniki bazasının gücləndirilməsinə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Binanın inşası zamanı coğrafi mövqe baxımından təhlükəsizlik amilləri tam nəzərə alınıb. İkimərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib, əyani vəsaitlər quraşdırılmış fənn laboratoriyaları yaradılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif və inzibati otaqlar da ən müasir inventarlarla təchiz olunub. Bina istilik sistemi ilə təmin edilib, həyətdə açıq tipli idman meydançası yaradılıb, ətraf abadlaşdırılıb.
 Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info