Qobustanda yeni salınmış park istifadəyə verilib
Tarix: 11.05.2018 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilib. Parkın açılışında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Açılışda Qobustan qəsəbəsinin 150-dən çox qəsəbə sakinləri iştirak edib. Öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda görülən işlərlə tanış olub. Qaradağ rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində əhalinin istirahəti üçün salınmış Qobustan mədəniyyət-istirahət parkında bütün yaşlı insanların asudə vaxtının keçirilməsi üçün şərait yaradılıb. Parkın digər özəlliyi buraya istirahətə gələn uşaqlar üçün də nəzərdə tutulmuş yelləncəklərdir. Parkda yaşıllaşdırma işlərinə xüsusi diqqətlə yanaşılıb. Burada müxtəlif növ ağac və bəzək kolları əkilib, gül kompozisiyaları yaradılıb, suvarma sistemi qurulub. Bununla da park qəsəbə sakinləri və qonaqları üçün gözəl əyləncə və istirahət məkanına çevrilib. Tədbirdə iştirak edən qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar. Yeni salınmış parkda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinləri ilə səyyar görüş keçirərək, onları dinləyib və əhalini narahat edən problemlər ilə yaxından maraqlanıb. Qəsəbə sakinlərindən 7 nəfəri İcra başçısı tərəfindən fərdi qaydada dinlənilib. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info