Ermənistan işsizliyin səviyyəsinə görə dünyada üçüncüdür
Tarix: 07.06.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Ermənistanda gənclər arasında işsizliyin səviyyəsi 40%-dən artıqdır ki, bu da işsizliyin orta səviyyəsindən, demək olar ki, 2,5 dəfə çoxdur. Bu barədə BMT-nin inkişaf proqramı çərçivəsində hazırlanmış “Ermənistanda gənclərin məşğulluğu” məruzəsi əsasında iqtisadiyyat üzrə ekspert Qagik Torosyan məlumat verib.
Bütün dünyada 15-24 yaşlı gənclər çətinliklə iş tapırlar, lakin Ermənistanda bu problem daha kəskindir, xüsusilə kənd yerlərində. Bunun da səbəbi şəhərə və ölkə kənarlarına emiqrasiyanın son illər artmasıdır. Tədqiqatlara görə, bu sahədə dövlət proqramının nəticələri belədir: hər il işə düzələnlərin sayı hesablanır və onlar arasında gənclərin xüsusi çəkisi var.
“Təhsil sistemində biz 12 illik təlimə keçdik, lakin çoxları 8-9-cu siniflərdən sonra məktəbi tərk edirlər. Beləliklə, əmək fəaliyyətinə yararlıları seçməkdən ötrü onlar üçün proqram hazırlamaq lazımdır. Məsələn, Avstriyada görmüşəm ki, 9-cu sinfi bitirənlər üçün 6 aylıq kurslar keçirilir, onlara 6 peşə öyrədilir ki, daha sonra gənclər onlardan birini seçirlər. Biz də elə etməliyik ki, bizim gənclərin də seçim imkanı olsun”-deyə əmək və sosial məsələlər üzrə nazir müavini Sona Arutyunyan bildirib.
Qeyd edək ki, işsizliyin səviyyəsinə görə Yunanıstan 60 faizlə birinci, İspaniya 50 faizlə ikincidir. Ermənistan isə 40 faizlik göstərici ilə üçüncü sıradadır.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info