Naxçıvanda kikboksinq üzrə peşəkar turnirə mayın 12-dən start veriləcək
Tarix: 12.05.2018 | Saat: 02:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, həmçinin Kikboksinq federasiyalarının birgə təşkilatçılığı ilə mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçiriləcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan idmançıları da rinqə çıxacaqlar.
Mayın 11-də Naxçıvan şəhərindəki “Təbriz” otelində keçirilən mətbuat konfransında bu barədə danışan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Nəticədə Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Təsadüfi deyil ki, bu gün ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, idman tədbirləri keçirilir. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya dövlətləri arasında böyük nüfuz qazanmasından xəbər verir.
Adil Əliyev vurğulayıb ki, gündən-günə gözəlləşən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikada mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə imkan verir. Təbii ki, bunların hamısı qədim diyarın idman məkanı kimi böyük şöhrət qazanmasına səbəb olub.
“Kikboksinq üzrə beynəlxalq peşəkar turnirin də yüksək səviyyədə keçirilməsi üçün burada hər cür şərait var”, – deyən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti yaradılan şəraitə görə turnir iştirakçıları adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Konfransda çıxış edən Olqa Pavelenko (Ukrayna), Salih Kayıcı (Türkiyə), Koça Javakia (Gürcüstan), həmçinin Belarus, Rusiya, Azərbaycan Kikboksinq federasiyalarının nümayəndələri turnirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov isə çıxışında qonaqları Naxçıvanda görməkdən məmnun olduqlarını bildirib və turnir iştirakçılarına uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib
18.02.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info