Cildini dəyişənləri sıralarına qəbul edən müxalifət məhvə məhkumdur
Tarix: 07.06.2013 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Ləkəli reputasiyaya malik insanlarla müxalifət
qurumlarının dolması birmənalı olaraq ictimaiyyətdə müxalifət başçılarının da elə həmin şəxslərin tayı olduğu barədə qənaət formalaşdırır


Müxalifətyönlü mətbuat seçki ərəfəsində müxalifətdəki təşkilatlanma proseslərinə ictimai rəyin mənfi münasibətindən hiddətlənib. Belə ki, ictimai rəy reputasiyası ləkəli olanların, vaxtilə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, adlarını korrupsiyanın simvoluna çevirənlərin, yaxud nüfuz və vəzifəsindən Vətənə, dövlətə, xalqa xəyanət üçün yararlanmağa çalışanların, cılız şəxsi maraqlarını ictimai mənafeyə qarşı qoyanların indi “milli şura”, “el”, “ictimai palata” və sair adlar altında formalaşan, mahiyyətcə bir-birini mənasızca təkrarlayan qurumlarda təmsil olunmasını qəbul etmir. Bu cür ləkəli reputasiyaya malik insanlarla müxalifət qurumlarının dolması birmənalı olaraq ictimaiyyətdə müxalifət başçılarının da elə həmin şəxslərin tayı olduğu barədə qənaət formalaşdırır.
Buna görə də müxalifət həmin şəxsləri hər hansı “milli”, “ziyalı” adları altında cəmiyyətə salim bir şəkildə təqdim edə bilmir. Əksinə, bütün bu cür təqdimatların bir maskalanma olduğu, müxalif başçıların öz şəxsi maraqları üçün hər addımı atmağa hazır olduğu bir daha üzə çıxır. “Xalqın gözü tərəzidir” deyiblər. Çünki müxalif başçılardan fərqli olaraq cəmiyyət həmin adamlar vəzifədə olarkən onlardan özünə dəymiş zərərləri yaxşı anlayır. Ona görə də cəmiyyətin maraqları, yaxud da cəmiyyəti təşkil edən hər bir fərdin marağı ilə “milli şura” kimi qurumlarda təmsil olunan azlığın maraqları ziddiyyət təşkil edir. Bu baxımdan da müxalif başçıların öz şəxsi maraqlarından (bu maraqların cəmiyyət və Azərbaycan maraqlarına əks olduğu dəfələrlə sübut olunub - İ.A.) irəli gələrək ortaya qoymağa çalışdıqları hər hansı qurum ictimaiyyətin boykotu ilə üzləşmiş olur. Bu isə müxalif başçıların siyasi avantüralarının iflasına gətirib çıxarır ki, bundan da həmin başçılar yaman pəjmürdə olublar. Ona görə də qəzetlərində cəmiyyətə qarşı şəxsi-qərəzlikdən irəli gələn ittihamlar yağdırırlar, vətəndaşların seçimini “obivatellik” ifadəsi ilə damğalamağa çalışırlar. Bunun üçün “maraq”, anlayışını sanki hər şeyin, eləcə də cəmiyyətin fövqündə göstərərək, yeni “makiavellizm” açmağa girişiblər. Müxaliflər qeyd edirlər ki, səmimiyyət, ədalət, əxlaq və hər hansı bir siyasi nəzəriyyə ilə bağlı deyilənlər obıvatel üçün nəzərdə tutulan gedişlərdən başqa bir nəsnə deyil: “Bunu qəbul etməyən siyasi liderlərin taleyi tarixdə olduqca acınacaqlı olub.
Daha burada yada salınmır ki, AXC hakimiyyəti dövründə anarxiya, qiyam, müxtəlif cinayətlər və korrupsiyanın baniləri olanların indi “milli şura”da təmsil olunmasına cəmiyyət necə müsbət reaksiya verə bilər? Belə hallarda ictimai rəy siyasət və əxlaq anlayışlarını niyə də bir-birindən ayırmalıdır? Həmin adamlar 20 il öncə necə olublarsa, yenə elədirlər. Yaxud şəxsi həyatda necədirlərsə, elə siyasətdə də elədirlər. Və yaxud da AXC hakimiyyəti dövründə şəxsi maraqlar məqsədilə kənddə toyuq oğurluğu üstündə tutulmuş insanları vəzifəyə gətirib onlardan istifadə etməyə çalışmağa cəmiyyət, ictimai rəy niyə indi müsbət yanaşmalıdır və keçmişi unutmalıdır? Bunu hansı “politoloji” arqumentlərlə sübut etmək və cəmiyyəti qınamaq, ictimai rəyi lağa qoymaq olar?..
Bir məqamı da unutmaq lazım deyil ki, dünya siyasətində, yaxud siyasət praktikasında “şəxsi maraq” anlayışının özü belə, bizdəki müxalif başçıların “şəxsi maraq” qavramı ilə heç də uyuşmur. Qısaca qeyd edirik ki, burada əxlaq, siyasi mədəniyyət, tərbiyə, gözütoxluq və sair baxımından heç də bizim müxalif başçıların xeyrinə olmayan çoxlu fərqliliklər var... Bunu istənilən dünya siyasətçisinin şəxsi həyatı, idealları, fəaliyyət prinsipləri ilə maraqlanmaqla da bilmək çətin deyil...
Ən sonda onu da qeyd edək ki, heç “milli şura”da bir araya gəlmək istəyənlərin özləri də bir-birilərini qəbul etmirlər. Halbuki cəmiyyətin onları qəbul etməməsindən şikayətlənir, cəmiyyəti aşağılamağa cəhd edilər. A bala, siz birinci bir-birinizi qəbul edin ki, sonra da cəmiyyətdən şikayətlənməyə haqqınız olsun. “Milli şura”nın təsisçiləri iddia edirlər ki, əvvəlki inteqrasiya təşəbbüsləri uğursuz olsa da, bu, indiki halda ən yaxşı proyektdir və uğur komandasıdır. Elə isə kimi inandırmaq olar ki, özlərini Rəsulzadə-Elçibəy ardıcılları adlandıranlarla liberallar və ya rusofillər vahid bir düşərgə təşkil edə bilərlər!? Eldar Namazovun dünənədək qəbul etmədiyi şəxslərlə gələcək hökuməti təşkil edəcəyinə cəmiyyətdə tərəfdar qazanmaq mümkündürmü? “Milli şura” vaxtilə hakimiyyətdə olan AXC-dəkindən də çox baxışları uzlaşmayan insanlardan ibarətdir və məğlubiyyət komandasıdır. Dünənədək savaşanlar indi bir qurumun içində adamları əmin edə bilməyəcəklər ki, siz səs verin qalib gələk, sonradan çiyindaşlarımızı ələyəcək, vahid ideoloji xətt formalaşdıracaq və dövlət kursunu ziddiyyətlərdən qurtaracağıq. Beləliklə, bu cür qarşılıqlı etimadsızlıqdan və inamsızlıqdan yoğrulan bir qondarma “birliyə” ictimai rəyin münasibəti də təbii ki, adekvat olmalıdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info