“Paşinyan münaqişənin ədalətli həllinin zəruriliyini dərk etmirsə, bu, onun faciəsinin başlanğıcıdır“
Tarix: 12.05.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.
APA-nın məlumatına görə, Ə. Əhmədov deyib ki, N. Paşinyanın Azərbaycanla bağlı dedikləri nəinki rəsmi Bakı, dünya birliyi tərəfindən də pislənəcək.
Ə. Əhmədov bildirib ki, onsuz da Dağlıq Qarabağ münaqişəsinin mövcud olması Cənubi Qafqazda sülh və sabitliyə ciddi maneədir: “Paşinyanın reallığa uyğun olmayan, gərginliyin artmasına səbəb olacaq bəyanatlar verməsi Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri oldu. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyir, fəallıq göstərir, istirahət günündə ağac əkir, iqtidarla birlik və seçkilərin nəticələrinə inam nümayiş etdirirlər. Bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistan reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbacanın işğal altındakı torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək".
Qeyd edək ki, N. Paşinyan baş nazir seçildikdən sonra işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. O, Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının zəruriliyini vurğulayıb. N. Paşinyan Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınması üçün səy göstərəcəyini də vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info