Argentina Prezidenti Rusiyada keçiriləcək dünya çempionatına getməkdən imtina edib
Tarix: 13.05.2018 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Argentina Prezidenti Maurisio Makri ölkədə iqtisadi böhranın dərinləşməsi səbəbindən Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməkdən imtina edib.
Bu barədə “La Nación” qəzeti məlumat yayıb. Qəzet dövlət başçısına yaxın olan mənbənin sitatını dərc edib: “Heç bir vəchlə dünya çempionatına getmək olmaz. Yaranmış vəziyyətdə Rusiyaya yollanmaq birmənalı olaraq məğlubiyyət, həm də böyük hesabla uduzmaq olardı”.
Bununla bağlı rəsmi informasiya yayılmasa da, mənbə Prezidentin Rusiyaya getməyəcəyi və bu məsələnin gündəmdə olmadığını təsdiq edib. Yanvar ayında Argentina lideri Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşdən sonra bildirmişdi ki, o, qızı Antoniya ilə birlikdə futbol üzrə dünya çempionatına gələcəyinə ümid edir.
Çərşənbə axşamı Makri respublikanın milli valyutası olan Argentina pesosunun kursunun kəskin şəkildə aşağı düşməsi fonunda BVF-dən yardım istəyib. Hələlik Argentinanın bu təşkilatdan almaq istədiyi kreditin dəqiq məbləğı rəsmi şəkildə açıqlanmır. Lakin “Bloomberg” agentliyinin məlumatına görə, söhbət 30 milyard dollardan gedir.
Cümə günü Argentina milli valyutasının ABŞ dollarına nisbəti öz tarixinin minimum səviyyəsinə düşüb. Birjaların yekununda 1 dollar üçün verilən təklif 23,73 peso təşkil edib. Həftənin əvvəlindən Argentina valyutası öz dəyərini 6,5 faiz, ilin başlanğıcından isə 25 faiz itirib. TASS qeyd edir ki, respublikanın Mərkəzi Bankının maliyyə bazarına bir milyard dollarlıq müdaxiləsi də pesonun dəyərdən düşməsinin qarşısını ala bilməyib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info