Azərbaycanın mənafeyini qorunmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm
Tarix: 13.05.2018 | Saat: 13:45:00 | E-mail | Çapa göndər



Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının gördüyü işlər bir vətən borcudur. Mən Azərbaycan əsilli bir Türkiyə vətəndaşı olaraq bundan sonra da Azərbaycanın mənafeyinin qorunması və dünyada tanıdılması üçün xidmətlərimi əsirgəməyəcəyəm.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. Federasiya sədri qeyd edib ki, 2000-ci ilin əvvəlindən rəhbərlik etdiyi qurum Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirib. 2010-cu ildə Kocaeli şəhərinin Qartəpə rayonunda ümummilli lider Heydər Əliyevin adına istirahət park salınıb, 2011-ci ildə həmin şəhərin Dərincə rayonunda dəniz kənarında Ulu Öndərin adını daşıyan mədəniyyət parkı açılıb. Həmin parklar Federasiyanın təşəbbüsü ilə yerli bələdiyyələr tərəfindən yaradılıb.
2012-ci ildə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ümummilli lider Heydər Əliyev adına mədəniyyət evi və kitabxana istifadəyə verib. Eyni zamanda, mədəniyyət evinin nəzdində soyqırımı muzeyi də fəaliyyət göstərir. Türkiyə miqyasında ilk soyqırımı muzeyini indiyədək 200 mindən çox insan ziyarət edib. Muzeydə ermənilərin türk xalqına qarşı törətdikləri soyqırımına dair sənədlər və faktlar yer alır. Türkiyə vətəndaşları ilk dəfə Xocalı soyqırımı ilə bağlı məlumatları bu muzey vasitəsi ilə əldə ediblər. Bununla yanaşı, yerli və xarici televiziya kanalları muzeydən reportajlar hazırlayıb.
Federasiyanın gördüyü digər işlər barədə məlumat verən Bilal Dündar əlavə edib ki, 2015-ci ildə rəhbərlik etdiyi qurumla İzmit bələdiyyəsinin ortaq layihəsi əsasında şəhərin mərkəzində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Həmçinin Kocaeli şəhərinin Körfəz rayonunda, Sakarya şəhərinin Karasu rayonunda Xocalı abidələri qoyulub və Qarabağ prospektinin açılışı olub.
Bilal Dündarın sözlərinə görə, Federasiya sosial layihələr də reallaşdırır. Belə ki, Azərbaycandan Türkiyəyə müalicə üçün gələn xəstələr Federasiya tərəfindən qarşılanıb klinikda yerləşdirilir. Habelə Kocaeli və Sakarya universitetlərində təhsil alan 55 tələbə üçün müxtəlif şirkətlər tərəfindən təqaüdlər verilməsi təşkil olunub.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər nəzərdə tutub. Türkiyədən 30 şəhid və müharibə veteranı ailələrinin uşaqları Azərbaycana, buradan da eyni kateqoriyaya aid yeniyetmələr Türkiyəyə aparılacaq. Həmçinin Orta Doğu, Kocaeli və Sakarya universitetlərində geniş elmi konfranslar keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info