“Təhqirzadə”lərin qarşısına hüquq çıxmalıdır”
Tarix: 07.06.2013 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi, mayın 14-də parlamentin qəbul etdiyi dəyişikliyə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya (təhqirə) görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası düşür. Prezident İlham Əliyev Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişikliyi təsdiqləyən sərəncam imzalayıb. Lakin radikal müxalifət nümayəndələri bu dəyişikliyi “internetdə insanların söz azadlığının məhdudlaşdırılması” kimi qələmə verirlər. Belə ki, Leyla Yunus kimi “hüquq müdafiəçiləri” mətbuatda bunu vətəndaşların söz azadlığının məhdudlaşdırılması, hüquq pozuntusu kimi dəyərləndirirlər. Mövzu ilə əlaqədar olaraq ekspertlərin fikirlərini öyrəndik.

“Dövlət Azərbaycanda öz fikrini açıq ifadə edə bilən vətəndaş cəmiyyətinin formalaşmasında maraqlıdır”
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın xan Əbilovun məsələyə münasibəti belə oldu: “Dünyanın bir çox ölkələrində son vaxtlar bu tipli, buna oxşar qanunverici aktlar qəbul olunub və Azərbaycan da Avropa ailəsinə daxil olan modern ölkə olaraq istər real həyatda, istərsə də virtual həyatda, yəni internet və sosial şəbəkələrdə varlı və ya kasıb, məmur yaxud işsiz olmasından asılı olmayaraq hər bir vətəndaşın hüquqlarını və azadlıqlarını qorumaq, təmin etmək üçün yeni qanun aktları qəbul edir, ya da mövcud qanun layihələrinə dəyişiklik edilərək daha da təkmilləşdirir. Bunlardan biri də Azərbaycanda Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində edilən dəyişiklikdir. Biz bunu normal hal kimi qəbul edirik. Çünki dünyanın bir çox ölkələrində internetdə, virtual aləmdə insanların bir-birinə qəzəb, şiddət təbliğ etməsi, təhqirlər və digər hallar çoxalıb. Buna görə də belə halların qarşısının alınması üçün müxtəlif ölkələrdə qanunvericilik aktları, normativ aktlar qəbul olunur. Azərbaycanda da internetin tənzimlənməsi yox, internetdə insanların şəxsiyyətini, ləyaqətini alçaldan halların qarşısını almaq üçün belə addım atılıb. İnternet çox böyük bir qüvvədir və ağıllı, intellektual millətlər, ondan öz millətinin, dövlətinin inkişafı üçün istifadə edirlər. Qanunda edilən dəyişiklər, insanların hüquqlarının pozulması və internetin tənzimlənməsi cəhdi kimi qəbul edilməməlidir. Azərbaycan mütəmadi olaraq demokratik islahatların aparıldığı, gündən-günə daha da modernləşən bir dövlətdir və real həyatda olduğu kimi, virtual həyatda da insanlararası münasibətləri daha sivil formaya salmaq üçün belə addım atılıb. Yəni nə dövlət, nə də ki, ayrı-ayrı orqanlar vətəndaşların azad şəkildə internet məkanında öz fikirlərini bildirməsinə etiraz etmirlər. Dövlət özü Azərbaycanda öz fikrini açıq ifadə edə bilən vətəndaş cəmiyyətinin formalaşmasında maraqlıdır. Sağlam vətəndaş cəmiyyətinin atributlarından biri də söz azadlığıdır. Lakin bəzi xarici siyasi qüvvələr və ölkəmizin daxilində onlara xidmət edənlər internet azadlığını fərqli başa düşürlər. Onlar azadlıq deyəndə istədikləri şəxsi təhqir edə biləcəklərini hesab edirlər. Çünki belə qüvvələr tənqidlə təhqir, sivil formada hansısa bir məsələyə münasibət bildirməklə cəmiyyəti xaosa sürükləmək arasında olan fərqi bilmirlər. Onlar yalnız internet saytlarında təhqiramiz materiallar yerləşdirmir, eyni zamanda saxta niklər açmaq, normal insanların öz səhifələrində paylaşdıqları statusa təhqiramiz şərhlər vermək və digər yollarla insanların heysiyyatına toxunurlar. Ona görə də Azərbaycanda bu dəyişikliyə ehtiyac vardı və cənab Prezidentin bu qanunu təsdiqləməsi vaxtında atılan addımdır”.

“Bu məsələdə hay-küy salanlar sadəcə ictimai rəylə
manipulyasiya edirlər”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qəzetimizə verdiyi açıqlamada dəyişikliyə etiraz edənlərin idtimai rəyi manipulyasiya etdiklərini diqqəti çəkdi və sözlərinə belə davam etdi : "Cinayət Məcəlləsinə bu yöndə edilən əlavələr, kimin nə deməsindən asılı olmayaraq zərərli deyil, əksinə, hər gün səhərdən axşama kimi internetdə təhqir və böhtana məruz qalanlar üçün faydalıdır. O cümlədən buna qarşı çıxanlar üçün də. Çünki bu əlavələr edilmədən də məlum məsələ ilə bağlı hallara 147 və 148-ci maddələri tətbiq etmək imkanı vardı. Əvvəlki halda cərimənin məbləğini və cəzanın müddətini müəyyən etmək hakimlərin ixtiyarına buraxılırdı. İndi isə cərimə 2 min manatdan, həbs cəzası isə 6 aydan çox ola bilməyəcək. Hansı yaxşıdır, yüz minlərlə, yoxsa ən çoxu 2 min manat cərimə tətbiqi? Bu məsələdə hay-küy salanlar sadəcə ictimai rəylə manipulyasiya edirlər. Bunlar elə bir kəsimdir ki, nə desən mütləq ona qarşı çıxacaqlar. Yəni bir siyasi mənsubiyyəti olmayan şəxs kimi deyirəm ki, bu əlavələrin heç bir zərərli yönü yoxdur. Qanun olmasa belə kimsəni təhqir edib böhtan atmaram. Qoy bu qanuna qarşı çıxanlar da kimsəyə böhtan atıb təhqir etməsinlər. O zaman rahatsız olmaları üçün heç bir səbəb olan deyil”. Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı isə məsələ ilə bunları dedi: “Təhqiri qəbul etməyən, nitqində "təhqir üslubu"nu işlətməyən insan üçün istər virtual aləm olsun, istər gerçək həyat, istər qanun-qadağ olsun, istər olmasın - o təhqir etməyəcək. Ancaq həmin insanın özünün də təhqirə məruz qalmaması üçün "təhqirzadə"lərin qarşısına hüquq çıxmalıdır. Bu anlamda, internetdə təhqirlərə qarşı nəzərdə tutulan cəzaları anlamaq lazımdır”.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info