Vyanada ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Tarix: 14.05.2018 | Saat: 13:32:00 | E-mail | Çapa göndər


Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyində ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, ölkəmizin Avstriyadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov tədbirdə çıxış edərək ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran diplomat ümummilli liderin rəhbərliyi ilə ölkədə aparılan quruculuq işlərindən, sosial-iqtisadi islahatlardan, eləcə də həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən bəhs edib.
Q.İsrafilov Azərbaycanın ilk müstəqillik illərində çətin böhrandan çıxmasında, dövlətin gücləndirilməsi və möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkənin regionda aparıcı dövlətə çevrilməsi üçün mühüm addımlar atıb. Ümummilli lider Heydər Əliyevin siyasi xətti və dövlətçilik irsi bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş isə çıxışında Heydər Əliyev fenomeninin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün oynadığı mühüm roldan söz açıb, Ulu öndərin ”Bir millət, iki dövlət“ kəlamını xatırladaraq Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin qurulması və möhkəmlənməsində onun əvəzsiz xidmətlərini xüsusi qeyd edib.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib, dahi şəxsiyyət haqqında yazılmış kitablar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20.10.2019
Avstraliyalı deputat Azərbaycan icmasının məktubuna cavab verib
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info