“Azərbaycan Xalq Cümhuriyyəti İli” 28 may tarixinə göstərilən diqqətin bariz təzahürüdür”
Tarix: 14.05.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilib. Ölkəmizin Dubaydakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə BƏƏ-nin yüksəkvəzifəli rəsmiləri, diplomatlar, soydaşlarımız və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Azərbaycanın Dubay Əmirliyindəki baş konsulu Cavidan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında məlumat verib. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamını xatırladan baş konsul bu sənədin dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, Cümhuriyyətin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilir.
Diplomat qeyd edib ki, mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur və bu, Şərq dünyasında ilk azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil respublika demək idi. Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən insanların bərabərliyi prinsiplərinə əsaslanaraq bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi.
Baş konsul bildirib ki, 1991-ci ildə Azərbaycan xalqı ikinci dəfə müstəqilliyin bərpasına nail oldu. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi 28 may tarixinə göstərilən diqqətin bariz təzahürüdür. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva da ölkəmizdə bütün mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində, dinamik islahatların həyata keçirilməsində yaxından iştirak edir.
Diplomat, həmçinin qeyd edib ki, Azərbaycan müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan BƏƏ ilə münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasında səmimi dostluq münasibətləri mövcuddur və hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və əzmi sayəsində ikitərəfli əlaqələrimiz ildən-ilə daha da inkişaf edir. Son illərdə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana, eləcə də Azərbaycandan BƏƏ-yə səfər edən turistlərin sayında müşahidə olunan ciddi artım ölkələrimiz arasında mədəni, iqtisadi münasibətlərin inkişafının göstəricisidir. Tədbirin rəsmi hissəsindən sonra ziyafət verilib, Azərbaycanın zəngin mətbəxi qonaqlara təqdim edilib.
Qəbul milli musiqilərimizdən ibarət konsert proqramı ilə başa çatıb.
Gecədə, həmçinin Azərbaycanın iqtisadi potensialı və turizm imkanları da sərgilənib.
Qonaqlara tarixi kitablar, mədəni dəyərlərimizi əks etdirən suvenirlər hədiyə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info