Lənkəranda yeni yarımstansiya tikilir 
Tarix: 14.05.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC Cənub bölgəsində genişmiqyaslı yenidənqurma işləri aparır. Bu barədə Cənub bölgəsində səfərdə olan jurnalistlərə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda ötən ilin dekabr ayıda tikintisinə başlayan 110 kV-luq “Lənkəran 2” yarımstansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.  “Lənkəran 2” yarımstansiyası istifadə verildikdən sonra 17 min əhalini enerji ilə təmin etmiş olacaq. Hazırda yarımstansiyanın qurulması istiqamətində işlər aparılır, hava xətləri yenidən qurulur. Ümumiyyətlə isə istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün  “Azərişıq” ASC ciddi işlər görür.
T.Mustafayev əlavə edib ki, bu vaxta kimi Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndlərinə istiqamətində gedən 4 ədəd 10 kV –luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0.4 kV-luq hava xətləri şəbəkələri ÖİN kabellərlə əvəzlənib, kəndlərə yeni KTM-lər quraşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info