Solikamskda Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Tarix: 14.05.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Sözügedən yarışda yüzlərlə azərbaycanlı iştirak edib. Tədbirdə Solikamsk şəhərinin millət vəkilləri, Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru (ATEV) Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mədəniyyəti və İnkişafının Fondunun sədri Şamil Tağıyev çıxış edib.

Yarış iştirakçıları çıxışında Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən söz açaraq, onun Azərbaycan naminə həyata keçirdiyi siyasətindən danışıblar. 

Şəhər deputatları Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edən xətt üzrə istiqamət almasında Heydər Əliyevin böyük rolu olduğunu bildirib.

Yarışın təşkilatçısı Uğur Əfəndiyev çıxışında bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır: "Bu gün Azərbaycan bütün dünyada öz idmanı ilə və idmana göstərdiyi maraqla tanınır. Bu, Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycanda idmana yaratdığı maraqdan sonra daha da inkişaf etməyə başladı. Bu gün də Cənab İlham Əliyev tərəfindən idman siyasəti uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan diasporu sahəsində inkişaflar, irəliləyişlər də müşahidə olunur".

Yarışda çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili bildirib ki, ulu öndərin həyata keçirdiyi siyasət bu gün də Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanda ilk dəfə idmana xüsusi maraq ulu öndər Heydər Əliyevin prezidentlik dövründə yaranmağa başladı. O maraq bu gün də Cənab İlham Əliyev tərəfindən idman sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində gündən-günə artmağa başlayır. Ulu öndər sağlığında idmana böyük qayğı göstərdiyini demək olar ki, bir çox çıxışlarında bildirib. Heydər Əliyev çıxışlarının birində uzaqgörənliklə “İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir” deyərkən məhz idmanın aid olduğu xalqa nə qədər müsbət təsir göstərəcəyini deyirdi".

Sonda Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından Solikamsk şəhər Cüdo Fedarasiyasının prezidenti Y.V.Sidirova Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo yarışının yüksək səviyyədə təşkili və Solikamskda Azərbaycan diasporuna verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim edilib.

Qeyd edək ki, Cüdo yarışına Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılıb. Yarışın təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyev, Solikamsk şəhər rəhbərliyi, Gənclər və idman Departamentidir və Solikamsk şəhər Cüdo Federasiyasıdır. Turnir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info