“Kanal 7” televiziyası Gəncə şəhərindən geniş reportaj hazırlayıb
Tarix: 14.05.2018 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Ölkəmizin gündən-günə abadlaşan bölgələri, yurdumuzun əsrarəngiz təbiəti, qədim tarixi-mədəni irsə varisliyimiz, bir-birindən gözəl tarixi məkanlarımız, bir sözlə, gəzməli-görməli yerlərimiz dünyanın ayrı-ayrı televiziya və xəbər agentliklərinin diqqətini çəkməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 13-də Türkiyənin “Kanal 7” televiziyasının dünyaca məşhur “Dünyayı geziyorum” və “Dünyanın tadı” verilişlərinin çəkiliş heyəti Türk Hava Yollarının maliyyə dəstəyi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qədim Şərqin elm, sənət və mədəniyyət mərkəzlərindən biri kimi böyük şöhrət qazanmış Nizami yurdundan hazırladıqları geniş reportajın birinci hissəsini yayımlayıb.
“Dünyayı geziyorum” verilişinin aparıcısı Özlem Tunca Gəncənin tarixi abidələrini, muzeylərini gəzib, hər biri haqda tamaşaçıya ətraflı məlumat verib. Heydər Əliyev adına park kompleksi, Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya muzeyi, Xan bağı, Gəncə Dövlət Filarmoniyası, İmamzadə dini-memarlıq kompleksi, Şah Abbas məscidi, Cavad xan küçəsi, “Gəncəçay” park-bulvar kompleksi, Aqrar Universitetin Cümhuriyyəti muzeyi, Göygöl və Maralgöldə çəkilişlər aparan Özlem Tunca, eyni zamanda, Atatürkün adını daşıyan prospektdə olub, tamaşaçılara onun barelyefi olan lövhədən söz açıb.
Qeyd edək ki, “Dünyayı geziyorum” verilişinin aparıcısı Özlem Tunca, “Dünyanın tadı” verilişinin aparıcısı isə onun həyat yoldaşı Yasin Esirgençdir. Cütlük övladları, 4 yaşlı Yakupcanla birlikdə dünyanın ayrı–ayrı ölkələrinə səfər edərək, həmin ölkələrin tarixinə, mədəniyyətinə, mətbəxinə dair verilişlər hazırlayırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info