Сümhuriyyət üçün yaz və 1000 manat qazan 
Tarix: 14.05.2018 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


2018-ci ildə 100 illik mirasın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “Yeni Çağ” Media Qrupu da bir sıra tədbirlər planı nəzərdə tutub. Bunlardan biri də Media Qrupun elan etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsidir.
Yenicag.az xatırladır ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti  cəmi 23 ay yaşamasına baxmayaraq, bu zaman kəsiyində 155 parlament iclası keçirilmiş, Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin hazırlayıb. Və bu tarixi varislik üzərində 1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edərək yeni müstəqil Azərbaycan dövlətini yaratdı. Çətin şəraitdə yenidən qurulan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə rahat nəfəs aldı və dövlət müstəqilliyimiz qorundu. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında inkişaf etməkdədir.
#Cümhuriyyətüçünyaz haştaqı ilə təqdim olunan müsabiqənin əsas məqsədi AXC tarixini yaxşı bildiyinizi üzə çıxarmaqla yanaşı bunu daha yaradıcı şəkildə təqdim etməyinizdir. Seçilən qalibə 1000 manat, 2-ci yerə 500 manat, 3-cü yerə isə 300 manat təqdim olunacaq. Postu yazarkən diqqətli olun, hər bir istifadəçi yalnız 1 (bir) post yaza bilər. Maksimum yazı sayı 200, minimum isə 10-dur.
Müsabiqə 28 mayda başa çatacaq və qaliblər elan olunacaqdır.
Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun bu müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verir. 
Layihədə iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsizni:
https://cumhuriyyetucunyaz.yenicag.az




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info