UNEC-də “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi
Tarix: 14.05.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


UNEC tələbəsindən şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün biznes ideya - “Made in Azerbaijan”

UNEC-də “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin final mərhələsi keçirilib. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkil etdiyi müsabiqənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir. “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinə respublikanın 6 universitetindən 58 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb. Finalda UNEC-in SABAH qruplarının 4-cü kurs tələbəsi Elnarə Məmmədzadə “Count Me”, 3-cü kurs tələbəsi Toğrul Mirzəyev “Novbe.al”, İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsi Cəlil Abbaslı “E-travel”, Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərov “Stevia” və Bakı Mühəndislik Universitetinin tələbəsi Elçin Süleymanov “Chessy” layihəsi ilə münsiflər heyətinin qarşısında çıxış edib. Təqdimatlardan sonra münsiflər heyəti biznes ideyaları tətbiqin mümkünlüyü, məhsulun və ya xidmətin brendləşmə perspektivi, investisiya cəlbediciliyi, təqdimatı, sualların cavablandırılması, orijinal və kreativ yanaşmaya görə qiymətləndirib. Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun “Stevia” biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənayə sahəsini əhatə edən biznes ideyada stevia bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur. Məhsul xüsusi olaraq şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün nəzərdə tutulub. Qeyd edək ki, E.Cəfərov “Made in Azerbaijan-2” müsabiqəsində IV, ilk müsabiqədə isə V yeri qazanıb. II yerə “Chessy”, III yerə isə “Count Me” biznes ideyası layiq görülüb. Qaliblərə və finalçılara Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC-nin qiymətli hədiyyələri təqdim olunub. İlk 3 yerin sahibi isə “Kapital Bank”ın maliyyə dəstəyi ilə Türkiyənin aparıcı universitetlərinin texnopark və startap təcrübəsini öyrənəcəklər.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info