Müxalifətdaxili intriqalar yenə qızışdı
Tarix: 14.05.2018 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Azərbaycan müxalifəti təkcə siyasi səbatsızlığı, siyasətçilərinin öz ambisiyalarını daim önə çəkməsi, iqtisadi maraqlara görə xalqı qurban vermək kimi anormal məsələlərlə tanınmır. Müxalifətdə olan siyasətçilər dəfələrlə bir-birinə qısqanclıqla yanaşmaqla, bir-birinin ayağını dartmaqla, siyasi oponentlərini təhqir edib, aşağılamaqla da daim gündəmə gəliblər. O da bəllidir ki, ana müxalifət uğrunda daim davaya çıxan iki partiya-AXCP və Müsavatın qiyamətədək bitməyən intriqası var. Tez-tez AXCP rəhbəri və funksionerləri Müsavata, müsavatçılar isə qarşı tərəfə ittihamlar səsləndiriblər, bir-birlərini aşağılayıblar, satqınlıqda, hakimiyyətə yaxın olmaqda suçlayıblar və s. “Köhnələr»dən olan Qurban Məmmədov kimilər də belə düşünməyə başlayıblar, öz fəaliyyətlərində digər müxalifətçiləri qısqanıb, aşağılamağı əsas xətt kimi tutublar. Xatırlayırsınızsa, bir-iki ay əvvəl “milli şura” mitinqlər təşkil edərkən bu qurumda təmsil olunan siyasətçilər “Real”ın onlara qoşulmamasını, az qala, satqınlıq kimi dəyərləndirmişdilər. Son prosesləri izlədikdə isə belə qənaətə gəlmək olur ki, müxalifət düşərgəsində olan bu dava-qovğalar, ittihamlar bitməyəcək. Elə yuxarıda adını çəkdiyimiz və hazırda sosial şəbəkələrin “qəhrəmanına” çevrilmiş Qurban Məmmədovun son ittihamları da bunu deməyə əsas verir.
Qurban Məmmədovun hakimiyyətə qarşı olan qərəzi, aqressivliyi başadüşüləndir. Hazırda o, hakimiyyəti bəyənmir, hər bir demokratik ölkədə də alternativ fikir olur, müxalif insanlar olur və belə siyasi qüvvələrin olması da təbii haldır. Amma o son vaxtlar eyni cəbhədə olduğu digər siyasi qüvvələri də tənqid etməyə başlayıb, ittihamlar yağdırır ki, bunun da adı ya siyasi qısqanclıqdır, ya da qarşı tərəfin hücumundan müdafiə. Təsəvvür edin ki, son vaxtlar bu adam sosial şəbəkələr üzərindən bir neçə dəfə müxalifət partiyalarının bostanına daş atıb. Ən maraqlısı isə odur ki, onun atdığı daşın biri Əli Kərimlinin “başına dəyib”. Belə olmasaydı, Əli Kərimli öz trollarına tapşırıq verməzdi ki, Qurban Məmmədov haqqında statuslar yazsınlar, onun statuslarına rəy yazıb aşağılasınlar. Qurban Məmmədov “milli şura”da olanlara söz atıb və elə Əli Kərimlini də düzgün addım atmamaqda ittiham edib. Əslində, Qurban Məmmədovu da başa düşmək olar. Adam, az qala, müxalifətdə olan bütün siyasətçilərlə davaya çıxmış bir şəxsin-Əli Kərimlinin qara siyahısına düşüb, axı. Belə olan halda, susub durması da düzgün olmazdı.
Qurban Məmmədovun statuslarının biri isə, xüsusilə diqqətimizi çəkdi. Onun yazdığı statusda maraqlı bir debat alınıb. Əli Kərimlinin trolu bu statusa rəy yazaraq Qurban Məmmədova deyib ki, “Qurban, siz nəyisə dəyişik salmamısız? Əli iqtidarda deyil, müxalifətdədir. Əli bəy bir müraciətlə xeyli adamı meydana yığır, amma siz bir 10 adamı ətrafınıza yığın, sonra Əli Kərimlini tənqid edin”. Qurban Məmmədovun da cavabı özünü çox gözlətməyib və o dərhal həmin trola belə cavab verib: “Əli Kərimli özü vaxtilə mənim kimi cəbhəçilərin ətrafına toplanıb. AXC-nin tarixini öyrənin”.
Qurban Məmmədov həmin statusunda, hətta “milli şura”nın üzvü olan İbrahim İbrahimliyə də özünəməxsus şəkildə məsləhət verərək, Əli Kərimlini tənqid etdiyi üçün ona qarşı açılan cəbhədə olmasını böyük səhv adlandırıb. Qurban Məmmədov yazıb ki, “İbrahim İbrahimli onun haqqımda söyüş, böhtan dolu statuslar yazıb təhqir edən Eldəniz Quliyev və Cəmil Həsənlidən sonra qələmə sarılıb onu aşağılayıb”. O deyib: “Danışın, danışın ki xalq ağı qaradan seçə bilsin. Bir azdan sular durulanda xəcalət çəkməməyiniz arzusu ilə, Məmmədov Qurban Cəlal oğlu. Kimin nədən xoflandığı hələ ki, mübhəm olaraq qalır. Əcəba, nədən... P.S. Bir çox dəyərlərin üstündən xətt çəkməyin bu qədər asan olduğunu heç bilməmişdim. Özünüzü qoruyun, İbrahim bəy, çalışın ki, xalqın hafizəsində ləyaqətli insan kimi tanınan obrazınıza ləkə düşməsin. Dolanışığın nə qədər çətin olduğunu mən də bilirəm. Əli Kərimlini müdafiə edən kifayət qədər adam var. Xor sizə yaraşmır. Sən ki baritonsan...”
Son statusunda isə o qəti qərar verərək cəbhəçilərlə açıq düşmənçiliyə başladığını dolayısı ilə elan edib: “Əli Kərimli və AXCP ilə hansısa mövzuda debatın, müzakirənin keçirilməsi zərurəti ortadan qalxdı. Debatlar və müzakirələr Müsavat, REAL, "Klassiklər", ÜMİD və s. partiya rəhbərləri və funksionerləri ilə davam etdiriləcək. Xahiş edirəm, heç kim fərdi dəvət gözləməsin. Xalqa deməyə sözü və üzü olanlar buyursun”.
Buyurun baxın, bu da sizə real durum! Seçkidən-seçkiyə aktivləşən bu partiyalar seçkidən sonra da müxalifətdaxili intriqalar və qarşıdurmaları bir qədər də kəskinləşdirirlər. İndiki halda isə görünən odur ki, sosial bazası azalan bu qüvvələrin onsuz da arxasınca gedən yox idi, bundan sonra isə belə iyrənc intriqaları, dava-qovğaları görüb bu qüvvələrə dəstək verən olmayacaq. Çünki öz rəhbərlərinin, liderlərinin bir-birinə savaş açmağına görənlər öz rəhbərlərinə etimadlarını itirirlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info