İvanişvili Gürcüstanda yeni dəyişikliklərin olacağını vəd etdi
Tarix: 14.05.2018 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Tbilisidə keçirilən etiraz aksiyasına bir həftəlik fasilə verilib

Baş nazir Kvirikaşvili: “Qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir”


Tbilisinin “Bassiani və “Cafe Gallery” gecə klublarında keçirilən xüsusi əməliyyat nəticəsində 8 narkotik alverçisi saxlanılıb. Bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib. “Daxili İşlər Nazirliyi üç ay ərzində “Bassiani” və “Cafe Gallery” klublarında narkotik vasitələrin satışına dair faktları müəyyən etmək üçün intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib” - məlumatda deyilir. Hər iki gecə klubunun qarşısında asayiş keşikçiləri və polisin hərəkətlərinə etiraz edənlər arasında qarşıdurma yaranıb. Polis əməkdaşlarına qarşı itaətsizlik və müqavimət göstərən bir neçə nəfər inzibati qaydada saxlanılıb. Buna etiraz aksiyasının keçirilməsi və polisin müdaxiləsi aksiyaların genişlənməsinə səbəb olub. Aksiya iştirakçıları parlament binası qarşısında toplaşıblar. Vəziyyəti gərginləşdirən amil əməliyyatlara etiraz edənlərə qarşı da aksiyaların keçirilməsi olub. Belə ki, Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Narkotiklərə yox!” şüarı altında aksiya keçirilib. Aksiya Tbilisidə narkotik alverçilərinin saxlanılması ilə bağlı keçirilən etiraz aksiyalarına qarşı təşkil olunub. Aksiya iştirakçıları ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəni dəstəklədiklərini bildiriblər. Onlar narkotik alverçilərinin müəyyən olunaraq cəzalandırılmasını tələb ediblər. Tbilisidə keçirilən etiraz aksiyasına qarşı Milli Sosialistlər Hərəkatı da aksiya təşkil edib. Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüşdən sonra onların qarşısında üzr istəyib. Qaxariya, həmçinin aksiya iştirakçılarına müraciət edərək onları təhqir etdikləri polis əməkdaşlarından üzr istəməyə çağırıb. “Mən yalnız öz adımdan üzr istəmirəm. Əgər DİN-in hər hansı bir nümayəndəsi siz və sizin təhlükəsizliyinizə risk yaradıbsa, onların yerinə də üzr istəyirəm”, - deyə nazir bildirib. Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib. Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb. Aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir. O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər. Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib. Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir. Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb. Bir maraqlı detalı da qeyd edək ki, aksiyaların Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının V qurultayı ilə üst-üstə düşməsi diqqətdən kənarda qala bilməz. Məsələ ondadır ki, qurultayda təşkilati məsələlərə baxılıb, bu siyasi təşkilatın qurucusu Bidzina İvanişvili yekdilliklə hakim partiyanın sədri seçilib. Qurultayda Siyasi Şuranın yeni üzvləri də seçilib. İvanişvili qurultayda çıxış edib, ölkənin ictimai-siyasi həyatında yeni dəyişikliklərin olacağını bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info