Qüdsdə ABŞ səfirliyinin açılışı olub
Tarix: 15.05.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Qüdsdə (Yerusəlim) ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.
“Fox News”un xəbərinə görə, ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, videogörüntü ilə təbriklərini çatdırıb. Tramp təbrikində qeyd edib ki, səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar şəhərin yeni sərhədlərini müəyyənləşdirmir. O, həmçinin bildirib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Vaşinqtonun ərəb-İsrail münaqişəsində yəhudi hökumətinin tərəfini saxladığını göstərir. İsrailin baş naziri Benyamin Netanyahu isə qərarı düzgün sayıb və D.Trampa təşəkkür edib. Mərasimə D. Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner də qatılıb. Qeyd edək ki, səfirliyin açılışı fələstinlilərlə İsrail polisinin toqquşmaları ilə müşayiət olunur. Artıq toqquşmalarda 37 fələstinli həlak olub, 1500-ü yaralanıb. Xatırladaq ki, D. Tramp ABŞ-ın İsraildəki səfirliyinin Tel-Avivdən Qüdsə köçürüləcəyini 2017-ci il dekabrın 6-da bəyan edib. Onun bu qərarı beynəlxalq ictimaiyyət arasında böyük rezonansa səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info