ABŞ-ın Missisipi ştatının paytaxtında Azərbaycan Milli Günü bəyan olunub
Tarix: 15.05.2018 | Saat: 13:33:00 | E-mail | Çapa göndər


ABŞ-ın Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cəksonun meri Çokvi Antar Lumumba Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə rəsmi bəyannamə imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.
Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququ tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə, hətta ABŞ-dan da əvvəl qadınlara seçki hüququnun verilməsini təmin edib.
Bəyannamədə, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən Sovet İttifaqının tərkibinə daxil edildiyi, lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməyə nail olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, öz suverenliyini və müstəqilliyini möhkəmləndirən Azərbaycan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Ç.Lumumba bəyannamədə 2018-ci il 28 may tarixini Cəkson şəhərində Azərbaycan Milli Günü elan edib və vətəndaşları dünyada yaşayan miliyonlarla, o cümlədən ABŞ-da yaşayan on minlərlə azərbaycanlı ilə birlikdə Azərbaycan Milli Gününü qeyd etməyə çağırıb. Cəkson şəhərinin meri, həmçinin vətəndaşları demokratiyanın Mərkəzi Asiya, Orta Şərq və Qafqaz regionunda mühüm rolunu xatırlamağı təşviq etməyə səsləyib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info