Azərbaycan Prezidenti mədəniyyətə və incəsənətə xüsusi diqqət göstərir
Tarix: 15.05.2018 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Atam Qara Qarayevin anadan olmasının 100 illik yubileyi Prezidentin imzaladığı Sərəncama əsasən ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd edilir. Prezidentimiz ölkəmizin mədəniyyət və incəsənət həyatı ilə yaxından maraqlanır və bu sahəyə xüsusi diqqət göstərir. Arzu edirəm ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz həmişə belə çiçəklənsin və inkişaf etsin.
Bu fikri görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə UNESCO-nun mənzil qərargahında keçirilən təntənəli tədbirdə iştirak edən böyük bəstəkarın qızı Züleyxa Qarayeva AZƏRTAC-a müsahibəsində deyib.
“Bu tədbir mənim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bugünkü tədbir atamın adı ilə bağlıdır. Atamın anadan olmasının 100 illik yubileyi UNESCO-nun mənzil qərargahında qeyd edilir. Qara Qarayevin yubileyi İstanbulda, Moskvada təntənəli şəkildə qeyd olunub. Bu gün isə Parisdə yubiley mərasimi keçirilir. Bu tədbirin təşkilində əməyi olan şəxslərin hər birinə təşəkkür edirəm”, - deyə Züleyxa Qarayeva söyləyib.
Gürcüstanın Fransada və UNESCO yanında səfiri Ekaterina Siradze-Dölone müsahibəsində deyib: “Azərbaycanın Xarici İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də UNESCO yanında daimi nümayəndəliyinə təşəkkür edirəm. Çox gözəl və qeyri-adi konsert idi. Belə bir konsertin təşkili asan deyil. Musiqi və eyni zamanda, ekranda onun video ilə müşayiət olunması xarici tamaşaçılara bəstəkarı yaxından tanımağa imkan verir. Təəssüf ki, Avropa tamaşaçısı böyük bəstəkarlarımızı hələ yaxından tanımır. Mən gürcüyəm və gürcü bəstəkarları da hələ yaxşı tanınmır. Ancaq belə təşkilatçılıq onların Avropada daha da yaxından tanınmasında böyük rol oynayır”.
Bolqarıstanın Fransada və UNESCO yanındakı səfiri Angel Çolakov isə qeyd edib ki, Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş bu konsert çox möhtəşəm və maraqlı idi. Təşkilatçılıq yüksək səviyyədə idi, musiqi isə insanın ruhunu dincəldirdi.
“Mədəniyyətin təşviqinin həvalə edildiyi UNESCO-da belə mədəni tədbirlərin təşkili çox vacibdir”, - deyə səfir Angel Çolakov bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“
17.08.2019
“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
17.08.2019
Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info