Regional təhlükəsizlik Azərbaycanın və Gürcüstanın inkişafının əsas təminatçısıdır
Tarix: 15.05.2018 | Saat: 14:15:00 | E-mail | Çapa göndər



Sabitlik Azərbaycanın və Gürcüstanın siyasətində əsas prioritetdir. Regional təhlükəsizlik ölkələrimizin inkişafının əsas təminatçısıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarının bir qrupunun Gürcüstan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava ilə görüşündə səslənib.
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov səfərin məqsədi barədə məlumat verib, Azərbaycanın Gürcüstan ilə bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, dostluq, tərəfdaşlıq və strateji əməkdaşlığın inkişafının gücləndirilməsi həm ikitərəfli, həm də üçtərəfli formatda müzakirə edilməlidir.
Söhbət zamanı iqtisadi-ticarət, energetika sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sofio Katsarava deyib ki, Azərbaycan ilə uzunmüddətli münasibətlərimizin əsasında dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq dayanır.
Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bildirilib ki, bu formatda əməkdaşlıq çox faydalıdır. Bu ilin əvvəlində Ankarada keçirilən ilk üçtərəfli görüşdə ikitərəfli və üçtərəfli əməkdaşlıq, sabitlik və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Tərəflər regionda sabitliyin təmin olunmasının vacibliyini xüsusi qeyd ediblər. Həmçinin hər üç ölkənin parlamentlərinin xarici əlaqələr komitələri arasında üçtərəfli əməkdaşlığa dair memorandumun imzalanmasının vacibliyi qeyd olunub. Həmin sənədin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəyi bildirilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info