Gənclər Fondu tərəfindən 7000-dən artıq layihə maliyyələşdirilib
Tarix: 15.05.2018 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tələbələrlə görüşüb.
ADU-dan verilən məlumata görə, Fərid Cəfərov Gənclər Fondu haqqında tələbələrə geniş məlumat verib və qeyd edib ki, fond yarandığı 7 il ərzində böyük bir yol keçib.
Fərid Cəfərov fondun əsas fəaliyyətinin qrant müsabiqələrinin keçirilməsi ilə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, fond gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməklə onların fərdi təşəbbüslərini hər zaman dəstəkləyir.
Son illərdə Gənclər Fondu tərəfindən 7000-dən artıq layihənin maliyyələşdirildiyini söyləyən icraçı direktor bu layihələrin əksəriyyətinin fərdi olduğunu diqqətə çatdırıb.
Fərid Cəfərov bildirib ki, gənclərin xaricdə təhsilinin davam etdirilməsinə dəstək verilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin ödənilməsi, gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinin və startap layihələrinin maliyyələşdirilməsi fondun yeni vəzifələri sırasına daxildir.
Tədbir tələbələri maraqladıran sualların cavablandırılması ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info