Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Livanda qeyd olunub
Tarix: 15.05.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi Livanın Beyrut şəhərində də qeyd edilib.
Azərbaycanın Livandakı səfirliyinin yaydığı verilən məlumata görə, bununla bağlı keçirilən rəsmi qəbulda Livanın yüksəkvəzifəli dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimləri, Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Livanın KİV təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Türkiyə və Qazaxıstan səfirliklərinin geniş tərkibdə diplomatik heyəti, fəxri konsullar, Livandakı və Suriyadakı Azərbaycan icmalarının üzvləri, ölkəmizdə təhsil almış livanlı məzunlar, iş adamları və digər qonaqlar iştirak ediblər.
Səfirlik tərəfindən keçirilmiş tədbirdə Livan prezidentini energetika və meliorasiya naziri Sezar Əbi Xəlil, Baş naziri rabitə naziri Camal Əl-Carrah, parlament sədrini deputat Məhəmməd Qabbani, xarici işlər və mühacirlər nazirini isə nazirliyin protokol idarəsinin rəisi xanım Nəclə Riyaşi təmsil ediblər.
Azərbaycanın və Livanın dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Ağasəlim Şükürov tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumat verib. Səfir Azərbaycan Respublikasının yarandığı gündən bəri dünya ölkələri ilə, xüsusən də qardaş ərəb ölkələri ilə hərtərəfli əlaqələrin qurulmasına səy göstərdiyini diqqətə çatdırıb. O, 2015-ci ildə ölkəmizin Beyrutdakı səfirliyinin təsis olunmasının bunun bariz nümunəsi olduğunu qeyd edib. Azərbaycan Respublikasının Livanla bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsinə böyük önəm verdiyini söyləyən səfir bu əlaqələrin inkişaf etdirilməsinin Livanda akkreditə olunmuş səfirliyimizin fəaliyyətinin əsasını təşkil etdiyini bildirib. Azərbaycanla Livan arasında tarixi əlaqələrlə yanaşı, bir sıra oxşar cəhətlərin olduğunu, hər iki ölkənin qədim mədəniyyətlərin beşiyi olduğunu, təbiəti, musiqisi və milli mətbəxi ilə bütün dünyada tanındığını vurğulayan səfir Bakıda Livan səfirliyinin təsis edilməsinin ikitərəfli əlaqələrimizi daha da gücləndirəcəyinə əmin olduğunu qeyd edib.
Sonra AXC-nin yaranmasından bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi, eləcə də xalq və klassik musiqilərimizin müşayiəti ilə Azərbaycanın təbii mənzərələri, tarixi-mədəni abidələri, turizm məkanları, musiqisi, adət-ənənələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər və meqalayihələrdən bəhs edən digər filmlər nümayiş etdirilib, qonaqlara ziyafət verilib.
Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara AXC-nin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “İrs” jurnalının xüsusi sayı, “Əbədi ezamiyyət” filminin diskləri, görkəmli şəxsiyyətlər silsiləsindən “Heydər Əliyev” kitabının ərəbcə nüsxələri, Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq xüsusiyyətlərindən bəhs edən elmi jurnallar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğat materialları təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
23.08.2019
BMT-nin Hindistan hökumətinə çağırışı
23.08.2019
“Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info