BƏT-in Baş direktoru Qay Rayder Azərbaycana gələcək
Tarix: 15.05.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Növbəti həftə ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru
davamlı inkişafın və layiqli əməyin təbliği məsələlərinə həsr olunmuş
beynəlxalq konfrans keçiriləcək


Mayın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Konfransda iştirak etmək üçün BƏT-in Baş direktoru Qay Rayderin ölkəmizə səfəri planlaşdırılıb. Bu, Azərbaycan Respublikasının BƏT-ə üzv olduğu dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəri olacaq. Tədbirdə beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri bəşəriyyəti dayanıqlı inkişaf yoluna səfərbər etmək üçün dünya liderləri arasında razılaşdırılaraq təsdiqlənmiş hədəfləri özündə əhatə edir. Azərbaycan Respublikası da BMT-yə üzv dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən Dayanıqlı İnkişaf Sammitində Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Milli inkişaf prioritetlərini Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdıran Azərbaycan bu Məqsədlərin icrası istiqamətində uğurlu nəticələrə imkan verən fəal siyasətin həyata keçirildiyi ölkələrdən biridir. Hazırda Məqsədlərin icrası işlərinin əlaqələndirilməsi üçün ölkəmizdə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da fəaliyyət göstərir.
Eyni zamanda, ötən dövrdə ölkəmizdə həyata keçirilən inkişaf strategiyasında məşğulluq amili ön planda saxlanılmaqla, əmək bazarının inkişafı və əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində mühüm irəliləyişlərə nail olunub. Bunun nəticəsidir ki, Azərbaycan BMT-nin “2030 Gündəliyi”nin və Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə kimi müəyyən olunub. “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransın ölkəmizdə keçirilməsi də Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən uğurlu islahatlara, əldə olunan nailiyyətlərə beynəlxalq səviyyədə yüksək dəyər verildiyinin növbəti əyani ifadəsidir.
Konfrans çərçivəsində “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiya keçiriləcək, iqtisadi inkişafın inklüziv, davamlı və iş yerlərinin açılması baxımından səmərəliliyinin təmin edilməsi, qeyri-rəsmi iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçid, Dayanıqlı İnkişaf Məqsədləri üzrə monitorinq sistemlərinin tətbiqi məsələləri ətrafında panel iclaslar səviyyəsində müzakirələr aparılacaq. Layiqli əmək konsepsiyasının təbliği və reallaşdırılmasında region ölkələrinin əldə etdiyi nailiyyətlər nəzərdən keçiriləcək, təcrübə mübadiləsi aparılacaq.
Konfrans zamanı “Bakı EXPO 2025” ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info