Mübariz Qurbanlı ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti ilə görüşüb
Tarix: 15.05.2018 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məluata görə, nümayəndə heyəti  mayın 14-də ABŞ Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə görüşüb.
 
M. Qurbanlı Los Ancelesdə kafedral kilsədə baş tutan görüşdə arxiyepiskopa Azərbaycandakı tolerant və multikultural mühit barədə məlumat verib. Daha sonra dini icmaların liderləri Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti barədə arxiyepiskopla fikir mübadiləsi aparıblar.
 
Nümayəndə heyətinin növbəti görüşü Los Anceles vilayətinin Nəzarətçilər Şurasının sədri Şeyla Kuehl ilə olub. Ş. Kuehl 2008-ci ildə hələ Kaliforniyanın Ştat Senatoru kimi ölkəmizə səfər etdiyini və Azərbaycandan xoş təəssüratlarla ayrıldığını söyləyib. M. Qurbanlı Los Anceles vilayətinin Nəzarətçilər Şurasının sədrinə Azərbaycanda dinə dövlət qayğısından danışıb, Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini nəzərə çatdırıb.
 
Nümayəndə heyəti Los Ancelesdə nəşr olunan ABŞ-ın ən böyük oxucu kütləsinə malik olan “Jewish Journal” qəzetinin prezidenti Devid Suisa ilə də görüş keçirib. Görüş zamanı Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verilib. İştirakçılara Azərbaycanda dini tolerantlıq mühitini, həmçinin Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar təqdim olunub.
 
Qeyd edək ki, səfər Dövlət Komitəsi, Azərbaycanın Los Anceles şəhərindəki baş konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və onun müavini Yevgeni Brenneysen daxildir. Görüşlərdə nümayəndə heyətini Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev müşayiət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
10.12.2018
Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 “Ukraynadakı hər bir diaspor təşkilatı çalışır ki, vətənimiz üçün nəsə etsin”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info