Daha 10 kəndə ilk dəfə “mavi yanacaq” veriləcək
Tarix: 15.05.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şimal bölgəsinin daha 10 kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb.
Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq 2018-ci il ərzində Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq.
İlkin mərhələdə 10 kənddən altısında tikinti-quraşdırma prosesinə start verilib. Hazırda Xaçmazın Krasnıy Xutor, Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Şabranın Qorğan kəndlərində işlər davam edir. Bu kəndlərdə, ümumilikdə, 1535 abonent var.
Xaçmazın Krasnıy Xutor kəndinin sakini Qurban Pəncəliyev bildirib ki, əvvəllər heç vaxt təbii qazdan istifadə etməyiblər. “Evlərimizin qızdırılmasında çətinlik çəkirdik. Meşədən odun gətirirdik, ya da balon qazından istifadə edirdik. Kəndimizin qazlaşdırılmasına çox sevindik. “Mavi yanacaq” rahatlıq, təmizlik deməkdir. Görülən işlərdən çox razıyıq. Səbirsizliklə işlərin yekunlaşmasını gözləyirik”, - deyə kənd sakini qeyd edib.
Krasnıy Xutor kəndinin qazlaşdırılması işlərinə bir həftədir başlanılıb. Kəndin qazla təmin olunması üçün ümumilikdə, 14 min 366 metr müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. İşlər yekunlaşdıqdan sonra yaşayış məntəqəsində 158 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Həmin abonentlərdən olan Fərzalı Fətəliyev də sevincini AZƏRTAC-la bölüşüb: “Yetmiş yaşım var. Belə gözəllik, belə şərait görməmişəm. Kənddə qazın olması biz sakinlər üçün böyük əhəmiyyəti var. Qaz çəkildikdən sonra meşələrimiz də qırılmayacaq, özümüz də əziyyət çəkməyəcəyik. Odun yandıranda evlər his-pas olurdu. Artıq həmin günlər arxada qaldı”.
İşlər başa çatdıqdan sonra kəndlərdəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılacaq.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Uzunoba inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizaməddin Xıdırov Krasnıy Xutor kəndində qazlaşdırma işlərinin sürətlə davam etdiyini bildirib. “Bizim inzibati ərazi dairəsində 2 yaşayış məntəqəsi, Krasnıy Xutor və Məcidoba kəndlərinin qazlaşdırılması layihəsi hazırlanıb. Qazlaşdırma işləri çox sürətlə və keyfiyyətlə aparılır. Belə davam edərsə, iyun ayının sonuna kimi kəndə təbii qazın verilişini təmin etmək mümkün olacaq”, - deyə Nizaməddin Xıdırov qeyd edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Nabran-Yalama turizm zonasının inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə 19 kəndin qazlaşdırılması işləri də həyata keçirilir. Qazlaşdırma işlərinə ötən ildən başlanılıb. Bu kəndlərdə, ümumilikdə, 2 minə yaxın abonent var.
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Nabran, Şimali, Günəşli, Xanoba, Tel, Yaquboba, Səlimoba, Aşağıoba, Xuray, Vələmir, Meşəli, Sahillər, Samurçay, Aslanoba və Pərdiqıran kəndlərinin qazlaşdırılması başa çatdırılaraq abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, rayonun Turist, Dalğalı, Çaxçaxlı və Seyidlikəndyeri kəndlərində də tikinti-quraşdırma işləri yekunlaşıb və tezliklə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.
Qeyd edək ki, Xaçmaz rayonunun 151 yaşayış məntəqəsindən 106-sı qazlaşdırılıb. Rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 35 min 200-dən çoxdur.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info