ADPU ilə Qazaxıstan universiteti arasında anlaşma memorandumu imzalanıb
Tarix: 15.05.2018 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin  (Yesenov Universiteti) nümayəndələri ilə görüşüb. Görüşdə Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, Elmi işlər və beynəlmiləlləşmə üzrə prorektoru Yermek Nurmaqambet, Tərbiyə və sosial işlər üzrə prorektoru Qulsara Djoldasbayeva , ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərlinskiy iştirak ediblər.
Rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər haqqında məlumat verib. Yesenov universitetinin rektoru Berik Axmetov göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi universitetin tarixindən və bugünkü fəaliyyətindən söz açaraq universitetlərində Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin fəaliyyəti haqqında məlumat verib.
Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb və xatirə şəkli çəkdirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info