Texniki Universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Tarix: 15.05.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Mayın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu ali məktəbin rektor əvəzi, professor Xalıq Yahudov Prezident İlham Əliyevin milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətini diqqətə çatdırıb. Rektor əvəzi bildirib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir, bu, Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir.
AMEA-nın Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi isə çıxışında Cümhuriyyətin tarixi aspektlərinə toxunaraq həmin vaxt regionda baş verən proseslərə diqqət çəkib. Onun sözlərinə görə, AXC-nin yaranmasında M.Ə.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O, M.Ə.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Ə.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. O, Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizədə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində M.Ə.Rəsulzadənin müstəsna xidmətlərindən söz açıb. Daha sonra AXC-nin fəaliyyəti və qısa vaxtda gördüyü işlərdən danışan S.Rüstəmova-Tohidi yeni yaranan dövlətə “Azərbaycan” adının verilməsinin tarixi əhəmiyyətini vurğulayıb.
Tarixçi alim çıxışında, həmçinin Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və Cümhuriyyətin digər qurucuları haqqında geniş məlumat verib.
Tədbirin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və AXC ilə bağlı film nümayiş etdirilib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info