“Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri”
Tarix: 15.05.2018 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Universitetində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda son illərdə bəşəri önəmi ilə seçilən bu elm sahəsində çalışan alimlərin yeni ideya və elmi nəticələri müzakirə olunmuş, uyğun platforma təqdim edilmişdir. İngiltərədəki Beynəlxalq Kembric Universitetinin, Latviyanın Liepaja Universitetinin və “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmişlər. Konfransı giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bildirmişdir ki, Bakı konfransına göstərilən maraq, onun işində 10 ölkədən gələn alimlərin iştirakı həm davamlı inkişaf konsepsiyasına və bu konteksdə humanitar elmlərin çağdaş problemlərinə elmi həssaslıqdan xəbər verir. Ali məktəb rəhbəri iştirakçıların diqqətinə çatdırmışdır ki, davamlı insan inkişafının tədrisinə dünyada 2005-ci ildə başlandığı halda, Azərbaycanda bu prosesə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildən başlanıb. Bu, ölkəmizin təhsil siyasətində insan amilinin prioritet təşkil etməsindən xəbər verir. Prezident İlham Əliyev isə “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikrini bəyan etməklə ölkəmizdə onun prioritetliyini müəyyənləşdirib. AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Rusiya Azərbaycandakı səfirinin müşaviri İqor Yeromin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, görkəmli yazıçı Çingiz Aytmatovun oğlu, diplomat Askar Aytmatov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Seyfəl Həsənov, “Assol” İctimai Fondunun prezidenti Assol Moldokmatova konfransın əhəmiyyətindən söz açmış, müzakirə olunacaq mövzunun aktuallığını vurğulamışlar. Ümumi iclasda Türkiyə və Rusiyanın tanınmış alimləri Bülent Açma və Olqa Astafyeva məruzə ilə çıxış emişlər. Konfrans işini iqtisadiyyat, filologiya, kulturologiya, tarix və hüquq, təhsil və İKT, sosial elmlər bölmələrində davam etdirmişdir. İkinci günkü plenar iclasda Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yuri Qoryaçevin “UNESCO-nun UNITWIN kafedrasının proqramı dayanıqlı inkişaf proqramının gündəliyində” mövzusunda məruzə ilə çıxış etmişdir. Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Ukrayna və s. kimi 15-ə yaxın ölkənin elm adamlarının 232 məqaləsi konfransa təqdim olunmuş materiallar kimi toplu şəklində çap olunmuşdur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info