Bilik Fondu Taqorun yaradıcılığı ilə bağlı tədbir keçirib
Tarix: 15.05.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Bilik Fondunun mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov dünya şöhrətli sənət adamlarının yaradıcılıqlarının təbliği və təşviqi istiqamətində görülən işlərin gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir etdiyini deyib. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun "Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb. İ.Vəliyev mütəfəkkirlərin Taqorun yaradıcılığı haqqında maraqlı fikirlər söylədiklərini diqqətə çatdıraraq, 1998-ci ildə “rifah iqtisadiyyatı mövzusundakı əlavələrinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Amartiya Senin hindli yazıçının şəxsiyyətinə və yazıçılığına verdiyi qiyməti diqqətə çatdırıb. Bildirib ki, Taqoru Benqaliyanın qızıl səsi adlandıran A.Senin onun inandırıcı yazmasını üç mədəniyyətin qovuşuğunda – indus, müsəlman və ingilis mədəniyyətli benqal ailəsində böyüməsi ilə əlaqələndirib. R.Taqorun şair, dramaturq, rəssam, bəstəkar, filosof kimi fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana çıxış edib. Səfir Azərbaycanda Hindistan mədəniyyətinə böyük marağın olduğunu deyərək, hindlilərin də Azərbaycana məhəbbət bəslədiklərini vurğulayıb. S.Rana qeyd edib ki, Hindistanla Azərbaycan arasında bütün sahələrdə, xüsusən, elmi müstəvidə qurulan əlaqələrin daha da genişlənməsi məqsədilə səfirlik Bilik Fondu ilə əməkdaşlığa həmişə hazırdır. Tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov mühazirə söyləyib. Yazıçının həyatını hind xalqının azadlığı uğrunda mübarizəyə həsr etdiyini vurğulayan B.Əhmədov Taqorun on ikidən çox roman və povestin, otuzadək dram əsərinin, yüzlərlə poetik və mənsur şeirin müəllifi olduğunu xatırladıb, yazıçının hind və benqal ədəbiyyatına yeni ruh gətirdiyini deyib. Professor onu da bildirib ki, R.Taqor Nobel mükafatına layiq görülən ilk asiyalı yazar olaraq tarixə düşüb. 1923-cü ildən başlayaraq onun əsərləri dilimizə tərcümə edilir və haqqında məqalələr yazılır. Sonda Azərbaycan Dillər Universitetinin Hind dili və mədəniyyəti mərkəzinin kollektivinin ifasında R.Taqorun müəllifi olduğu şeir və mahnılar səsləndirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info