Rusiya xəbərdarlıq edir: İran nüvə sazişindən çıxa bilər
Tarix: 15.05.2018 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Lavrov: “Avropalı həmkarlarımız İranla ticarət-iqtisadi əlaqələrində ABŞ-dan asılılığa son qoymağa hazırlaşırlar. ABŞ İranla nüvə sazişindən çıxaraq bu sənədlə bağlı bütün hüquqlarını itirib”

Brüsseldə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmçinin Almaniya, Fransa və Böyük Britaniya XİN rəhbərlərinin görüşü olacaq. Tərəflər İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparacaqlar. Avropa İttifaqı diplomatiyasının rəhbəri və dörd ölkə nazirləri, həmçinin ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair son bəyanatlarını müzakirə etməyi planlaşdırırlar. Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 13-də Çinin paytaxtı Pekində, bir gün sonra isə Moskvada Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında müzakirələr aparıb. Rusiya xarici işlər naziri Sergey Lavrov filippinli həmkarı Alan Piter Kaetano ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, ABŞ İranın nüvə proqramına dair sazişin iştirakçılarına təzyiq göstərir: "İranla nüvə sazişinin iştirakçılarına ciddi təzyiq göstərildiyini görürük. İranla ticarət əlaqələrinin kəsilməsinin vacibliyi ilə bağlı ultimatumlar verilir. Bu cür plan kütləvi təzyiqdir". Rusiya XİN başçısı bildirib ki, avropalı həmkarları İranla ticarət-iqtisadi əlaqələrində ABŞ-dan asılılığına son qoymağa hazırlaşdıqlarını deyib: "Bir şey aydındır. ABŞ İranla nüvə sazişindən çıxaraq bu sənədlə bağlı bütün hüquqlarını itirib. Məncə, onlar bunu inkar da etmirlər". Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə dünən bildirib ki, İranın nüvə sazişindən çıxmasını istisna etmək olmaz: “Əgər İranı qane edən müqavilə ilə bağlı razılaşma əldə edilməsə, o halda Tehranın sazişdən çıxması ssenarisini siyahıdan tam şəkildə silmək olmaz”. Nazir müavini nüvə sazişindən uzaqlaşmağın ABŞ-a sərfəli olmasından da danışıb. Onun sözlərinə görə, ABŞ-ın bu addımından sonra xam neftin qiymətinin gözlənilən artımı Amerikanın şist neft sektoru üçün yeni imkanlar yaradacaq: "ABŞ-ın şist neft sənayesi neftin qiyməti 40 dollara düşəndə çox əziyyət çəkdi".
Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. 2018-ci ilin mayında D.Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. Onu da qeyd edək ki, ABŞ-a qarşı sanksiya layihəsi Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilib. Dumanın plenar iclasında iştirak edən 410 deputatın hamısı yekdilliklə layihənin lehinə səs verib. Qanun layihəsi ilə eyni vaxtda parlamentarilər Cinayət Məcəlləsinə düzəlişləri də qəbul etmək niyyətindədirlər. Dəyişikliyə əsasən Rusiya ərazisində xarici dövlətlərin sanksiyasının yerinə yetirilməsinə görə məsuliyyət tətbiq olunur. Qanunu pozan şəxsi 600 min rubla qədər cərimə və 4 ilə qədər həbs cəzası gözləyir. Qeyd edək ki, ABŞ və digər dövlətlərə qarşı sanksiyalar haqqında qanun layihəsi bu ilin aprelində Dumaya daxil olub. Qanun layihəsi ABŞ-ın rusiyalı məmurlara və iş adamlarına (Oleq Deripaska və Viktor Vekselberq) qarşı tətbiq etdiyi sanksiya siyahısını genişləndirməsindən sonra hazırlanıb. Sanksiya siyahısına, əsasən, dərmanlar və tibbi texnika daxil edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info