Hərbçilər arasında 33-cü Dünya Çempionatının təşkilat komitəsinin son iclası keçirilib
Tarix: 15.05.2018 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Moskva şəhərində hərbçilər arasında güləş üzrə 33-cü Dünya Çempionatının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı son iclası keçirilib. Moskvada, Mərkəzi Ordu İdman Klubunda keçirilən toplantıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Təşkilat komitəsinin sədr müavini Roman Kudryavçev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, UWW Təşkilatının rəsmi nümayəndəsi Uwe Manz, CİSM-in güləş komitəsinin sədri Marko Kopella, Təşkilat Komitəsinin vitse-sədri Oleq Parxomenko, CİSM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə kordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, yarışlarda iştirak edəcək komandaların rəhbər heyətinin üzvləri, hakimlər və məşqçilər iştirak ediblər. Təşkilati məsələlərə cavabdeh olan Rusiya nümayəndəsi Oleq Parxomenko çıxış edərək yarışlar müddətində yaradılacaq şəraitlə və davranış qaydaları ilə komanda rəhbərlərini tanış edib. Daha sonra CİSM-in güləş komitəsinin sədri Marko Kopella çıxış edərək yarışların təşkilindən, əhəmiyyətindən və təmsil etdiyi qurumun məramından, gələcəkdə keçirilməsi planlaşdırılan yarışlardan danışıb, idmançılara uğurlar arzulayıb. Təşkilat komitəsinin iclasında yarışlarla bağlı bir sıra məsələlər müzakirə edilib və komanda rəhbərlərinin sualları cavablandırılıb. Toplantıdan sonra texniki heyətin və hakimlərin yarış qabağı iclası da keçirilib və püşkatma olub. Qeyd edək ki, yarışda ölkəmizi MOİK komandasının sərbəst güləş üzrə 9 idmançısı, Yunan-roma güləşi üzrə 9 idmançısı və sərbəst güləş üzrə 3 qadın güləşçisi təmsil edir. Azərbaycan komandasının rəhbəri MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyevdir.
22 ölkənin 350-yə yaxın nümayəndəsinin qatıldığı Dünya Çempionatı mayın 20-dək davam edəcək. Dopinq nəzarətindən və idmançıların çəkilərinin dəqiqləşdirilməsindən sonra yarışlara start veriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam
18.06.2019
Daha beş güləşçimizin rəqibi müəyyənləşdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info