Standartlara cavab verməyən şadlıq evləri profilini dəyişməli olacaq
Tarix: 07.06.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhərində fəaliyyət göstərən şadlıq evlərində standartlara uyğunluğun yoxlanılmasına başlayır.
Bunu dövlət komitəsi yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib. Ə.İmanov qeyd edib ki, ənənəyə görə, may ayında Azərbaycanda toylar az keçirildiyinə görə komitə yoxlamalara iyun ayından başlamağı qərara alıb: «Buna görə də biz artıq şadlıq evlərində yoxlamalara başlayırıq». Xidmət rəisi bildirib ki, yoxlamalar zamanı şadlıq evlərində standartın tələblərinə əməl edilməsi araşdırılacaq. Şadlıq evlərinin əksəriyyəti - 90-95%-i bu standartların qəbulundan əvvəl tikildiyinə görə, onların əksəriyyətində standartların tələbləri ilə bağlı uyğunsuzluq var: «Bəzi şadlıq evlərinin mətbəxi, zalı, foyesi və digər hissələri nəzərdə tutulan normalara cavab vermir. Yeni standartların tətbiqi ilə əlaqədar olaraq bütün şadlıq evlərinə məktub göndərilib. Məktubda qeyd olunub ki, şadlıq evlərində standartın tələbləri yerinə yetirilməlidir, yetirilmədiyi təqdirdə belə şadlıq evləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək». Xidmət rəisi bildirib ki, elə şadlıq evləri var ki, orada heç bir yenidənqurma işləri aparmaq mümkün olmadığına görə, onların standartın tələblərinə uyğunlaşdırılması da mümkün deyil və belə obyektlər şadlıq evi kimi fəaliyyətini dayandırıb, başqa sahədə fəaliyyət göstərməli olacaqlar: «Belə obyektlərin sahibləri şadlıq evlərinin profillərini özləri fikirləşərək gələcəkdə dəyişəcəklər». Xidmət rəisinin sözlərinə görə, hazırda təkcə Bakı şəhərində 180-dən artıq şadlıq evi var və yoxlamalar da paytaxtdan başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info