Skot Edelman: “Azərbaycan bütün müsəlman dünyasında nümunəvi rol oynayır”
Tarix: 16.05.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində 14 may 2018-ci il tarixində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə 300-dək qonaq, o cümlədən xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər. 
Baş Konsulluqdan verilən xəbərə görə, tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Liza Peykot tərəfindən Azərbaycan himninin ifası böyük rəğbətlə qarşılanıb. 
Sinaqoqun ravvini Erez Şerman qonaqları salamlayaraq, belə bir əlamətdar tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib. O, 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətinin Azərbaycana səfərini qeyd edərək, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb. 
Sonra çıxış edən Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyinin sədri Skot Edelman Azərbaycanın bütün müsəlman dünyasında oynadığı nümunəvi rolu xüsusi qeyd edərək AYK ilə Azərbaycan arasında qurulmuş sıx dostluq əlaqələrinə yüksək önəm verdiklərini bildirib. S. Edelman ölkədə müxtəlif dinlərin və xalqların dinc birgə yaşamasının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olmasının Amerika yəhudiləri arasında böyük rəğbət doğurduğunu söyləyib. 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək tolerantlığın ölkədə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. 31-i qeyri-islam olmaqla, 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M. Qurbanlı İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların Azərbaycanda qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O bildirib ki, məhz bu ənənələrin daha geniş təbliği üçün Prezident İlham Əliyev tərəfindən 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib və bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib. 
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında ölkədə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü deyib. Diplomat, Sinay Sinaqoqu və Amerika Yəhudi Komitəsi ilə Los Ancelesdə yaradılmış möhkəm dostluq münasibətlərinin ölkə üçün yüksək önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib. 
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkədə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Natiqlər Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.
 
Sonra tədbir iştirakçıları və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Çıxışlardan sonra Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən çəkilmiş qısa film nümayiş etdirilib və Los Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abramsın ifasında Azərbaycan musiqisi təqdim olunub. 
Sonda təbdir iştirakçıları Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info