Əkbər Süleymanovun 80 illik yubileyi
Tarix: 07.06.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və xarici dillər fakültəsində Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi Əkbər Süleymanovun anadan olmasının 80 illiyinə həsr edilmiş mərasim keçirildi.
Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov çıxışına ümummilli lider Heydər Əliyevin müdrik sözləri ilə başladı: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Qeyd olundu ki, Əkbər Süleymanov illərdir ki, müəllim adını şərəflə daşıyır, gözəl, yenilikçi insan və əməkdaş kimi o, universitet həyatında dünyanın altı dilindən biri olan rus dili fənni üzrə yorulmaz, fədakar, əzmkar fəaliyyət göstərir. Yubilyar ali məktəb həyatındakı xidmətlərinə görə və 80 illik yubileyi ilə əlaqədar universitet rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundu. Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, Hüseyn Adıgözəlov “Əkbər Süleymanovun həyatı və elmi-pedaqoji fəaliyyəti” haqqında geniş məlumat verərək qeyd etdi ki, Əkbər Süleymanov 29 may 1933-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universiteti yarandığı gündən o, burada rus dili müəllimi, kafedra müdiri kimi fəaliyyət göstərib və bu gün də işini sevərək, uğurla davam etdirir. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Yusif Hüseynov, Tarix-filologiya kafedrasının dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov, rus dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Şahnaz Əliyeva, Memarlıq, mühəndislik fakültəsinin tədris işləri üzrə dekan müavini, baş müəllim Məmməd Rəcəbov çıxışlarında Əkbər müəllimin universitetdə hamı ilə səmimi münasibətindən, müəllim adını şərəflə daşıyaraq tələbələrə rus dili fənninin öyrədilməsində mühüm rolundan bəhs edərək yubilyarı təbrik etdilər. Yubilyar Əkbər Süleymanov ürək sözlərini tədbir iştirakçıları ilə bölüşərək tədbiri təşkil edənlərə, universitet rəhbərliyinə təşəkkürünü bildirdi. Sonda yubilyarın həyatı və pedaqoji fəaliyyətinə həsr olunmuş slayd nümayiş etdirildi.
Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info