Çəpgözlüyün hər yaşda müalicəsi mümkündür
Tarix: 16.05.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Son illər doğulan körpələr arasında çəpgözlüyə daha çox rast gəlinir. Hər iki gözdə fərqli bəbəklərin olması nəticəsində görmə sinirindən beyinə müxtəlif obrazlar ötürülür. Beyin isə bu, iki görüntünü bir obrazda birləşdirir. İki göz bəbəyi eyni cür çalışmayanda uşaqda çəpgözlük yarana bilər. Bu, ötürülən görüntünün hər ikisi aydın olmalıdır ki, beyin onları birləşdirə bilsin. Çəpgözlük əsasən gözlərdə paralelliyin pozulmasından irəli gəlir. Bu, təkcə vizual pozuntu deyil, eyni zamanda, ciddi xəstəlikdir.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun pediatr-oftalmoloqu Sevinc Salmanova məlumat verib.
Həkimin dediyinə görə, əslində çəpgözlüyü istənilən yaşda müalicə etmək mümkündür. Lakin uşaq doğulan kimi müayinədən keçirilməlidir: “İnsanın hər gözündə altı ədəd xarici əzələ var. Həmin əzələlərdən biri daha güclü və ya daha zəif olarsa, bu zaman gözdə çəpləşmə yaranar. Yəni, hər iki göz fərqli istiqamətə baxar. Çəpgözlük ilk dörd ayda aşkarlanarsa, müalicə daha yaxşı nəticə verər. Adətən uşaqların gözündə fərqlilik hiss edildikdə valideynlər çəpgözlükdən şübhələnirlər. Lakin aparılan müayinə zamanı təsdiq edən əlamət aşkarlanmadıqda, bu, yalançı çəpgözlük adlanır. Belə hallarda bu uşaqlarda göz yuvaları bir-birindən hədsiz uzaq və ya yaxın yerləşir. Bəzən də bu sadəcə üz quruluşu ilə əlaqədar olur”.
S.Salmanovanın söylədiyinə görə, çəpgözlük müşahidə edildikdə hər iki göz bəbəyinin funksiyası yoxlanılır. Bu funksiyalar eyni çalışdıqda əzələ boşluğuna görə çəpgözlüyün yarana biləcəyi haqqında valideyn xəbərdar edilir. Hər iki gözdə bəbəklər eyni çalışmadıqda valideynə daha aktiv gözü bağlamaq məsləhət görülür. Konservativ müalicələr nəticəsində evakulyar görməni bərpa etmək olur.
Bir çox hallarda çəpgözlük başağrısı, göz sulanması, bulanıq görmə, gözlərin qeyri-paralelliyi ilə özünü büruzə verir.
Uşaqlarda göz əzələlərinin inkişafı əsasən 2-3 yaşa təsadüf edir. Gözlərin paralel inkişaf etməməsi əsasən hamiləlik dövründən və ya doğuş zamanı alınan zədələrdən yarana bilər. Bundan başqa stress və əsəb də çəpgözlüyə səbəb olur. Lakin müalicələrə vaxtında başlandıqda bu problemin qarşısını almaq mümkündür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Gürcüstan idmançısı yeni dünya rekorduna imza atıb
25.08.2019
“Fyodor“ kosmosa çata bilmədi
25.08.2019
Birləşmiş Ərəb Əmirliyində qadından qəribə boşanma ərizəsi
24.08.2019
Rusiyada ən populyar peşələr hansılardır?
24.08.2019
ABŞ alimləri kərə yağının analoqunu hazırlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info