“Türk Hava Yolları” apreldə 6,4 milyon sərnişin daşıyıb
Tarix: 16.05.2018 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq cari ildə də öz uğurlarını davam etdirir. Milli aviadaşıyıcı həm ilin birinci rübündə, həm də aprel ayında yüksək nəticələr nümayiş etdirib.
Bu ilin birinci rübündə daşınan sərnişinlər sayının ikirəqəmli artımı aprel ayında da davam edib. Bu göstərici 15% artaraq 6,4 milyona çatıb. Sərnişin axının artması nəticəsində aprel ayı üzrə yüklənmə səviyyəsi qlobal aviadaşıyıcının tarixində rekorda çatıb – 83,2%.
Apreldə reyslərin yüklənmə səviyyəsi 4,1 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 6,1% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 4,2 faiz bəndi artaraq 82,6% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 87,1%-dək artıb.
Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı aprel ayında 12%-lik artım ilə davam edib.
Hesabat ayında beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 30% artıb (tranzit sərnişinlər istisna olmaqla). Bu, Türkiyəyə artan marağın mühüm göstəricisi olub.

Aprel ayında daşınan yüklərin/poçtun həcmi 18% artıb. Artım əsasən Şımalı Amerika (27%), Orta Şərq (26%), Afrika (26%), daxili reyslər (26%) və Avropanın (19%) hesabına baş verib.

Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Afrika, Şimali Amerika və Avropa üzrə göstəricilər müvafiq olaraq 6, 6 və 5 faiz bəndi artıb.

Cari ilin yanvar-aprel dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 21% və 24% artıb. Aviaşirkətin ümumi sərnişin axını 23 milyona çatıb.

Yanvar-aprel aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 5,8 faiz bəndi artaraq 81,2%-ə çatıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 6 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 4 faiz bəndi artaraq 86%-ə çatıb.

Aprel ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində 2018-ci ilin yanvar-aprel dövründə bu göstərici 32% artaraq 425 min ton təşkil edib.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətdir. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Livan prezidenti hökumətin istefasını qəbul edib
10.08.2020
Livan parlamentinin qarşısında yenidən iğtişaşlar başlayıb
10.08.2020
İran XİN: İran xarici banklardakı pullarını geri alacaq
10.08.2020
Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi çağırışı
10.08.2020
Dünyanın nadir gəmisi - “Oruç Reis” Şərqi Aralıq dənizində

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info