ADPU-da professor Yaqub Əl Şaruni ilə görüş keçirilib
Tarix: 16.05.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) misirli professor Yaqub Əl Şaruni ilə görüş keçirilib. Görüşdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Mədəniyyət Nazirliyinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi, Filologiya fakültəsinin müəllim və tələbələri, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları iştirak ediblər. ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev görüşü giriş sözü ilə açaraq professor Yaqub Əl Şaruninin həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, professor Yaqub Əl Şaruni Misirin uşaq ədəbiyyatı üzrə böyük alimi, ədəbiyyatşünas, uşaq ədəbiyyatı üzrə bir çox beynəlxalq müsabiqələrin laureatıdır. O, uşaq ədəbiyyatı üzrə 400-dən çox kitabın müəllifidir.
Misir Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami çıxış edərək bildirib ki, Misir ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası kitab mədəniyyətinin təbliği, dünya uşaq ədəbiyyatı nümunələrinin geniş oxucu kütləsinə daha aydın şəkildə çatdırılması və bu ədəbiyyata maraq yaradılması məqsədilə bir çox dövlətlərin uşaq ədəbiyyatı həftələrinin təşkilinə nail olub və onları yüksək səviyyədə təqdim edib. 14-18 may 2018-ci il tarixində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzinin köməyi ilə Misir Uşaq Ədəbiyyatı həftəsi keçirir. ADPU-da professor Yaqub Əl Şaruni ilə keçirilən görüş də bu layihə əsasında gerçəkləşib.
Professor Yaqub Əl Şaruni çıxışında tələbələrlə görüşməkdən və onlarla uşaq ədəbiyyatı barədə danışmaqdan, fikir mübadiləsi aparmaqdan məmnunluq duyduğunu bildirib. Vurğulayıb ki, Misir-Azərbaycan ədəbi əlaqələrinin yaranması uşaq ədəbiyyatının tərcümə edilməsi ilə başlayıb. Tərcümə xalqların bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Tərcümə vasitəsilə xalqlar bir-birinin tarixini, ədəbiyyatını, mədəniyyətini, həyat tərzini, iqtisadi vəziyyətini öyrənə bilirlər. Uşaq ədəbiyyatında uşaqların daxili dünyası, düşüncələri, arzuları, onların şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillər öz əksini tapır. Professor Yaqub Əl Şaruni maraqlı və məzmunlu çıxışında Misirdə uşaq ədəbiyyatının yaranması, inkişafı, bugünkü vəziyyəti və bu sahədə yazıb-yaradan ədiblər, şairlər, alimlər haqqında ətraflı məlumat verib.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək görüşün keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və belə tədbirlərin tələbələrin biliklərinin artmasına, dünyagörüşünün formalaşmasına, onların daxili mənəvi aləmlərinin zənginləşməsinə səmərəli təsir etdiyini vurğulayıb.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək görüşün keçirilməsini yüksək qiymətləndiriblər və uşaq ədəbiyyatı ilə bağlı fikirlərini bölüşüblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib
22.08.2019
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
22.08.2019
Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb
22.08.2019
Leyla Axundzadə “Mikayıl Müşfiq” gəmisini ziyarət edib
21.08.2019
“Övladım və Mən” adlı layihə həyata keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info