Xaricdəki “iaşə müxalifəti” ilə “milli şura” arasında qalmaqal başlayıb
Tarix: 16.05.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Mübahisə dialoq mərhələsindən təhqir mərhələsinə keçib

Son vaxtlar müxalifət daxilində baş verən qalmaqallar səngimək bilmir. İş o yerə çatıb ki, hətta bu qalmaqallar təhqirlər, “körpülərin yandırılması” səviyyəsinəcən çatıb. Bu intriqalarda ən diqqətçəkəni isə xaricdəki “iaşə müxalifəti”- yeni qüvvələrlə köhnələr arasında yaranmış düşmənçilikdir. Hər şey ondan başladı ki, ABŞ Konqresinin Helsinki Komissiyasındakı brifinqdən sonra internet üzərindən yayımlanan “Meydan” TV və “milli şura” arasında ciddi narazılıqlar yarandı. Son bir-iki gündə isə qarşılıqlı ittihamlar dərinləşib. Məsələ ondadır ki, brifinqdə iştirak edən “Meydan” TV-nin direktoru Emin Milli Azərbaycanda ənənəvi müxalifəti siyasi meydandan geri çəkilməyə çağırıb. O, bununla kifayətlənməyərək, Azərbaycanda təzyiqlərə məruz qalan siyasi qüvvələrin olduğunu deyərkən, “milli şura” və AXCP-çilərdən heç birinin adını çəkməyib. Emin Milli, əvəzində ReAL Partiyasını tərifləyib ki, bu da “milli şura” üzvlərini qəzəbləndirib. “Milli şura” rəhbərliyi Emin Millini obyektiv olmamaqda ittiham edirlər.
Emin Milli “milli şura” rəhbərliyinin trollarını onun üstünə hücuma göndərdiyini gördükdən sonra isə o da hərəkətə keçdi. Belə ki, “Meydan” TV-nin əməkdaşı Orxan Məmməd Cəmil Həsənlini təhqir edən status yazaraq, yeni qalmaqal yaratdı. O yazıb: “Milli şura” üzvləri təkcə son 6 ayda “Meydan” TV-də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar. Şəxsən Əli Kərimli elə həmin müddət ərzində “Meydan” TV-də saatlarla canlı yayımlarda danışıb, heç bir senzurasız. İndi Cəmil Həsənli Emin Milliyə əsəbindən yazıb ki, “Son vaxtlar “Meydan” TV-də “milli şura”ya məhdudiyyət qoyulur”. Bunu demək ən azı sizin üçün ayıb olmalıdır, Cəmil Həsənli. Axı bu boyda komandanın haqqını tapdalamaq olmaz. Direktorumuzu nə qədər tənqid edirsiniz edin, buna 2-3 gündür heç qarışmırıq da. Amma “Meydan” TV-nin komandasına edilən haqsızlığa göz yuma bilmərəm. Yəqin ki, Cəmil Həsənli sadəcə çox yorulub, yoxsa qocaman tarixçidə bu qədər aqressiya normal deyil, deyə düşünürəm”.

Qrant vəsaitləri hesabına fəaliyyət göstərənlər

Cəmil Həsənli də Emin Millinin “danışdırdığı” işçisinin-jurnalistin həmin statusuna reaksiyasını gecikdirməyib, deyib ki, onu aşağılayan jurnalist üçün “ayıb” ifadəsini işlətmək hələ tezdir. O qeyd edib ki, bir müddət əvvəl “Meydan”TV-nin aparıcısı “milli şura”nın rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəylini təkidlə canlı yayıma çağırdı. Lakin efirə 15 dəqiqə qalmış jurnalist bildirib ki, planlar dəyişib: “Bəlkə, araşdırıb deyəsiniz, həmin gün efirə kim çıxdı və Gültəkin xanımı canlı yayımdan kim uzaqlaşdırdı? Əgər bu fakt yetərli olmasa, digərlərini də xatırlada bilərəm. Məncə, yetərli olması daha məqsədəuyğundur”.
“Milli şura”sədri bu cavabla kifayətlənməyib “Meydan” TV əməkdaşının onun ünvanına səsləndirdiyi “ayıb” ifadəsinə “Facebook”da ayrıca status həsr edib və internet televiziyasının onun rəhbərlik etdiyi quruma qarşı qərəzli olduğunu iddia edən daha bir ittiham irəli sürüb. Cəmil Həsənli yazıb: “Meydan” TV-nin əməkdaşı bizə qarşı bir yazı paylaşmışdı və aramızda kifayət qədər yaş fərqi olmasına baxmayaraq, yazısında təhqir elementləri var idi. Mən ona bundan çəkinməyi məsləhət etdim və xatırlatdım ki, ayıb belə şeyləri demək deyil, ayıb tərəfsiz, qərəzsiz, obyektivliyə iddialı bir media qurumunda “milli şura” və Xalq Cəbhəsi rəhbərliyinin proqramlara çağırılmaması haqqında aparıcılara göstərişlər verməkdir. Orxan bəy bildirdi ki, “bu ittihamdır, sübut gərəkdir, sübut olmasa, böhtandır”. Mən də sübut qoydum ortaya. Lakin dünəndən bəri Orxan bəy nə üzrxahlıq edib, nə də münasibət bildirib. Görünür, sübutumuz yetərli olmayıb. Əlavə sübuta ehtiyac var. Buyurun, onu də təqdim edək. Hələ Sevinc Osmanqızı “Meydan” TV-də çalışanda rəhbərlik tərəfindən ona bildirilib ki, “milli şura” və AXCP-yə bu media qurumunda moratorium, yəni qadağa qoyulub, əlavə edilib ki, bu, bizim media siyasətidir və onu pozmaq olmaz. Əli Kərimli ilə apardığı bir video müsahibəyə görə jurnalistə irad bildirilib və ona moratoriumu pozmamaq barədə xəbərdarlıq edilib. Bəzi dostlar unudurlar ki, “Meydan” TV onların öz vəsaitləri hesabına deyil, aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Həmin qrant verən təşkilatlar qarşısında media qurumunun ayrı-seçkilik etməmək, tərəfsiz, qərəzsiz, obyektiv media siyasəti yeritmək barədə öhdəlikləri var. Son vaxtlar belə məqamlarda bizə necə davranmağı tez-tez xatırlatmağa çalışan məşhur media təmsilçilərindən, tərəfsiz qələm sahiblərindən soruşuram: belə faktlar açılandan sonra diskriminasiyadan uzaq, tərəfsizliyə, qərəzsizliyə, obyektivliyə iddia edən bir mətbuat orqanı necə hərəkət etməlidir?!”.
Cəmil Həsənlinin “Meydan” TV-nin qrant hesabına fəaliyyət göstərməsini etiraf etməsinə bir əlavəmiz var.Biz bu məsələni illərdir ki, oxucularımıza çatdırmağa çalışırıq. Təbii ki, bu qrantı nə Azərbaycan dövləti, nə də ölkəmizdə fəaliyyət göstərən hansısa təşkilat “Meydan” TV-yə vermir.Bu qrantı onlara xaricilər,həmçinin erməni lobbisi verir.Deməli, “Meydan” TV kimə işləyir? Əlbəttə ki, ona pul verənlərə-xaricilərə və ermənilərə...

Özündən müsahibə alan adam-Cəmil Həsənli

“Meydan” TV-nin əməkdaşı Sevinc Vaqifqızı statusa dərhal reaksiya verərək orada yazıb ki, Cəmil Həsənli onlar üçün öz-özündən müsahibə yazaraq göndərib: “Özünüzdən müsahibə alıb Sevinc Osmanqızına göndərmisiniz. Bu da elə təqdim olunub ki, guya Sevinc Osmanqızı sizdən müsahibə alıb. Müsahibə ilə bağlı şübhələr yarananda Sevinc xanım etiraf edib ki, siz ona hazır müsahibə göndərmisiniz və o da “Meydan”a yönəldib. Bundan sonra belə halların baş verməməsi üçün ona xəbərdarlıq edilib. Siz yəqin bilirsiniz ki, bizim işimiz sual verməkdi, öz-özündən müsahibə alıb, göndərən adamları yayımlamaq deyil. Bu hərəkəti də heç sizə yaraşdırmamışdım.”

Cəmil Həsənlinin “Meydan” TV-nin qrant hesabına fəaliyyət göstərməsini etiraf etməsinə bir əlavəmiz var.Biz bu məsələni illərdir ki, oxucularımıza çatdırmağa çalışırıq. Təbii ki, bu qrantı nə Azərbaycan dövləti, nə də ölkəmizdə fəaliyyət göstərən hansısa təşkilat “Meydan” TV-yə vermir.Bu qrantı onlara xaricilər,həmçinin erməni lobbisi verir.Deməli, “Meydan” TV kimə işləyir? Əlbəttə ki, ona pul verənlərə-xaricilərə və ermənilərə...

Statusa Xədicə İsmayıl da aqressiv formada müdaxilə edərək Cəmil Həsənlini aşağılayıb. O bildirib ki, Sevinc Osmanqızını “Meydan”TV-dən ona görə uzaqlaşdırıblar ki, o, Rəsul Quliyevin sponsoru olduğu verilişi ora gətirmək istəyirdi: “Sevinc hər gün səhifəsindəki canlı yayımda sizi göstərir, deyə onun dediyi hər şeylə razılaşırsız? Bunun korrupsiyadan nə fərqi var? Sizin müstəqil TV anlayışınız yoxdurmu, Cəmil bəy? Fakt odur ki, “Meydan”da moratorium yoxdur və siz yalan danışırsınız”. Cəmil Həsənli də öz növbəsində Xədicəni aciz şəxs adlandırıb: “Xədicə xanım, sizi bu qədər aciz və yersiz bəhanələr axtaran təsəvvür etmirdim. Bilmədiyiniz bir məsələ haqqında niyə belə qəti hökm verirsiniz”.
Bütün bunlar onu deməyə əsas verir ki, görünür xaricdəki bəzi dairələr müxalif qüvvələrə yeni maliyyə ayırmaq barədə qərar qəbul ediblər və məsələ indi bu maliyyənin hansı qüvvələrə ayrılmasındadır-yeni, söyüşcül müxalifətə, yoxsa köhnə, ənənəvi müxalif qüvvələrə pul verilsin? Bu səbəbdən də hər iki qüvvə arasında qrant, maliyyə yardımı üstündə dava-qovğa başlayıb. Yenilər köhnələrin meydandan getməsini istəyir ki, bütün maliyyə, qrant onların əlində olsun. Köhnələr isə onları yardımdan edəcək yenilərlə sonacan döyüşəcəyini nümayiş etdirirlər. Bir-birinin sirr, ayıbını açmağa başlayan hər iki tərəfin intriqalarının bitəcəyi isə görünmür.
Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info