UNEC-də yeni təyinat
Tarix: 17.05.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Anar Rzayev UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsinə təyin olunub. Anar Yaşar oğlu Rzayev 1973-cü ildə anadan olub. Bakalavr təhsilini Xəzər Universitetində alıb. “ACTP” tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskvada qalib gələrək təhsilini ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində davam etdirib. Dosent A.Rzayev bu vəzifəyə qədər UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru olub. Rəhbərlik etdiyi dövrdə Beynəlxalq İqtisadiyyat Məktəbi II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər arasında ən populyar fakültə kimi tanınıb. 2 il ard-arda DİM-in qəbul imtahanlarından 700 bal toplayan abituriyentlər məhz Beynəlxalq İqtisadiyyat Məktəbini seçiblər. 2017/18-ci tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 23 gəncin 17-si hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində təhsil alır. A.Rzayev UNEC-in “Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir. Azərbaycan, ingilis, rus və fars dillərini mükəmməl bilir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info