“İstənilən anda mitinqlər Paşinyanın əleyhinə çevrilə bilər”
Tarix: 17.05.2018 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Nikol Paşinyanın dövlət quruculuğu prinsipləri tədricən bəlli olur. Nikol Paşinyan baş nazir təsdiq olunarkən proqram çıxışında Ermənistanın iqtisadiyyatı üçün 3 (kənd təsərrüfatı, İT və turizm) sahəni inkişaf etdirəcəyini bildirdi.” Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, faktiki bunlar indiki izolyasiya vəziyyətində olan Ermənistanın iqtisadiyyatını inkişaf etdirmək üçün lazım olan elementlərdir:
“Faktiki bunlar indiki izolyasiya vəziyyətində olan Ermənistanın iqtisadiyyatını inkişaf etdirmək üçün lazım olan elementlərdir. N.Paşinyanın Ermənistanı qonşu dövlətlərə və inteqrasiya birliklərinə açıq olmayan dövlət olacaq. N.Paşinyan güclü xarici iqtisadi əlaqələrə və güclü istehsala malik dövlət qurmaq istəyirsə, o, digər sahələrin inkişafından danışmalı idi. Qonşulara qarşı yeni münasibət ortalığa qoymalı, o cümlədən inteqrasiya birlikləri ilə kommunikasiyaların qurulması barədə ideyalar verməli idi. N.Paşinyan bunları etmədi”. Politoloq qeyd edir ki, Paşinyanın rəhbərlik edəcəyi Ermənistan yalnız militarist dövlət olacaq və hərbi məsələlər təhsil, səhiyyə digər məsələlərdən qat-qat üstə dayanacaq: “Paşinyan indiki “dövlət -ordu” sxemini davam etdirəcək. O, Dağlıq Qarabağa səfər edərkən Dağlıq Qarabağda ordunun problemləri barədə məlumatlı olduğunu bildirdi. Ermənistana qayıtdıqdan sonra isə Ermənistan silahlı qüvvələrinin baş qərargahı ilə iclas keçirib, Ermənistan ordusunun hərbçilərinin bütün zəruri əşyalarla təminatını baş qərargahın rəhbərliyinin boynuna qoydu. Bu, Ermənistan üçün güc çatmaz bir məsələdir. Çünki hakim “Respublika” partiyasının təmsilçilərindən biri, müdafiə nazirinin ozamankı müavini Artak Zakaryan Ermənistan ordusunda hərbçilərin alt geyim və zəruri əşyalarının ailəsi tərəfindən göndərildiyi məsələsini aktuallaşdırmışdı. A.Zakaryan etiraf etdi: “Biz həm də şəxsi heyətin alt paltarı ilə təmin edilməsi məsələsini sonadək həll etməmişik”. Dövlətin gücü çatsaydı, bu məsələni həll edərdi. İndi N.Paşinyan baş qərargahın rəisinə şəxsi vəsaiti hesabına bu məsələni həll etdirmək istəyirsə, bu artıq qanuni və yaxud demokratik yol deyil. Baş qərargahın rəisi Movses Akopyan korrupsiya ilə məşğul olubsa, o korrupsiya fəaliyyətinə görə qanun qarşısında cavab verməlidir. M.Akopyanın və Ermənistan ordusunun digər rəhbərliyinin korrupsiya ilə məşğul olması heç kəsə sirr deyil. Amma burada çox ciddi məsələ var ki, Serj Sarkisyan bu işi görməkdən ötrü sxem qurmuşdu. Özünün Moskva ətrafındakı zavodlarının bir qismi bu sxemin tərkibinə daxil edilmişdi. Serj Sarkisyan “Ordunun büdcədənkənar maliyyələşdirilməsi” anlayışını legitimləşdirmişdi. Ölkənin daxili iqtisadiyyatı, S.Sarkisyanın digər xarici dövlətlərlə əlaqəsi və diasporla münasibətləri məhz “dövlət-ordu” sxemini pulla təmin etmək üçün qurulmuşdu. Serj Sarkisyan bu sxemdə faiz üstündə oturmuşdu. Hər yerdən Ermənistan dövlətinə gələn pulların 20-25 faizi onun şəxsi bank hesablarına keçirdi. Bununla da o özünün digər siyasi məqsədlərini təmin edirdi. O cümlədən onun maliyyə hesabına yaratdığı komandanın bu günədək S.Sarkisyanı müdafiə etməsi də kifayət qədər diqqəti çəkir. Hələ ki, N.Paşinyanın Ermənistanda hakimiyyəti ələ aldığını demək olmaz. S.Sarkisyanın qurduğu sxem heç də axıra qədər dağılmayıb”. M.Əhmədoğlu qeyd edir ki, əksinə, Paşinyanın yaratdığı vəziyyət Ermənistan dövlətçiliyi üçün kifayət qədər ciddi təhlükə yaradıb:
“1. N.Paşinyan mitinqləri ənənəyə çevirdi. N.Paşinyan mayın 11-də Nazirlər Kabinetinin ilk iclasını keçirdiyi anda Yerevanda artıq 4 yerdə mitinqlər keçirilirdi. Bunlardan ən təhlükəlisi Zarui Postancyanın Yerevan şəhər merinin istefası ilə bağlı tələb mitinqi idi. İstənilən anda bu mitinqlər N.Paşinyanın özünün əleyhinə çevrilə bilər, onu hakimiyyətdən ata bilər.
2. N.Paşinyan konseptual düşüncəsi formalaşmamış şəxsiyyətdir. Onun birinci prezident və həm də uzun müddət ideoloji hamisi olmuş Levon Ter-Petrosyana verdiyi cavab onun dövlətçilik şüuruna, xalq qeyrətinə malik olmadığını göstərir.
3. N.Paşinyanın şəxsiyyətindəki digər qüsurlar da onun Ermənistana yaxşı rəhbər olacağını istisna edir. Mitinq günləri ərzində onunla çiyin-çiyinə mitinqlərdə iştirak etmiş şəxslərə onun laqeydliyi qısqanclıqdan doğan məsələdir. Eləcə də bəlli olur ki, N.Paşinyanın ən böyük problemi onun “Çıxış” bloku üzrə tərəfdarları ilə münasibətlərindədir. N.Paşinyan militarist dövlət qurmaq sahəsində də S.Sarkisyanın yolunu davam etdirir. S.Sarkisyanın qurduğu bu dövlət Ermənistan ordusunu alt paltarı ilə təmin edə bilməyibsə, N.Paşinyanın da qurduğu dövlət bu ordunu alt paltarı ilə təmin edə bilməyəcək. N.Paşinyan elə dövlət qurmalıdır ki, o dövlət ordunu alt paltarı ilə təmin edə bilsin və yaxud elə miqdarda ordu saxlamalıdır ki, o ordunu alt paltarı ilə təmin etmək dövlətinin gücü daxilində olsun. N.Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətinin alt paltarı ilə təmini arasında balansı tapmağa məhkumdur. Əks təqdirdə, həm ordu, həm də dövlət olmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info