“İtkin düşən alpinistlər güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”
Tarix: 17.05.2018 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA-nın yerli bürosuna bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub.
“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”, deyə Toğrul Mehdiyev bildirib.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.
Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Pakistanın Baş Konsulluğunda partlayış
25.08.2019
Turin Universitetinin professoruna içərisində güllə olan zərf göndərilib
25.08.2019
G7 ölkələri Amazon meşələrində yanğınlarla mübarizə üçün beynəlxalq mexanizm yaradır
25.08.2019
Putin növbəti “G7“ sammitinə dəvət edilə bilər
25.08.2019
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info