İtaliya və Misir şirkətləri Aralıq dənizində neft-qaz axtaracaq
Tarix: 17.05.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


İtaliyanın “Eni” və Misirin “Tharwa” şirkətləri arasında Aralıq dənizində neft və qaz kəşfiyyatı ilə bağlı 105 milyon dollarlıq müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin neft naziri Tarek El-Molla deyib. Müqaviləyə əsasən, “Eni” və “Tharwa” növbəti 6 il ərzində 2 yeni quyunun qazma işlərini həyata keçirəcək. Misir Parlamenti müqaviləni təsdiq etdikdən sonra kəşfiyyata başlanılacaq.
Misir 2019-cu ildən təbii qaz idxalına son qoymağa və qaza olan tələbatı yerli ehtiyatlar hesabına ödəməyə çalışır. Nazir 2018-2019-cu maliyyə ili ərzində ölkənin neft-qaz sektoruna 10 milyard dollar xarici investisiya cəlb etmək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, “Eni” şirkəti Misirin Aralıq dənizi sularında ən böyük qaz yatağı olan “Zohr”un kəşfi ilə məşhurlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info