Hərbçilər arasında Dünya Çempionatında Azərbaycan 3 medal qazanıb
Tarix: 17.05.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının kişilər arasında final görüşləri keçirilib. Kişilər arasında yarışda Azərbaycan idmançılarından döşək üzərinə MOİK-in zabiti Ağahüseyn Mustafayev çıxıb. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İran idmançısı Biyabani Peymana qalib gələrək çempionatda bürünc medal qazanıb. Bu, komandamızın mayın 16-da əldə etdiyi ikinci bürünc medal olub. Dünya Çempionatında milli komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb. Mərkəzi Ordu İdman Klubunun üzvü bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb. Bununla da MOİK komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının ilk yarış günündə üç bürünc medal əldə edib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info