“Rusiya həmişə Ermənistana müstəqil dövlət kimi yox, “forpost” kimi yanaşır”
Tarix: 07.06.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Lragir”: “Moskva Azərbaycan və Türkiyənin xeyrinə tez-tez “strateji” müttəfiqi olan Ermənistanı sıxışdırıb”

“Rusiya Azərbaycanı müasir silahlarla təchiz etdi, erməni maraqlarını neytrallaşdıraraq Qarabağın beynəlxalq tanınmasının qarşısını aldı”

Ayk Aramyan: “Belə görünür ki, “qardaşlığı” xilas etmək üçün Rusiya qoşunlarını Ermənistana dəvət etməliyik”

Son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsi müşahidə edilir. Moskvanın Ermənistana qarşı təzyiq rıçaqlarını işə salması İrəvanda böyük narazılıqla qarşılanıb.
Ermənistanda yaradılan «Qarabağ» komitəsinin üzvü Aşot Manuçaryan Moskvanın son addımlarını şərh edərkən bildirib ki, Ermənistan Rusiyanı bezdirib. Manuçaryanın fikrincə, problemin kökündə dayanan səbəblərdən biri İrəvanın Moskvadan yapışıb qopmamasıdır. Manuçaryanın dəyərləndirməsini analiz edən «Lragir» nəşrinin əməkdaşı Ayk Aramyan yazır ki, «Qarabağ» komitəsinin üzvü haqlıdır: «Çünki Rusiya ilə Ermənistanın münasibətləri heç vaxt dövlətlərarası və siyasi xarakter daşımayıb. Bu münasibətlər daha çox «dostluq» xarakterli olub-böyük qardaş kiçiyə istədiyini edib. Bu isə onu göstərir ki, Rusiya həmişə Ermənistana müstəqil dövlət kimi yox, «forpost» kimi yanaşır. Moskvanın belə yanaşmaya əsası var. Ermənistanın siyasi-mənəvi-maliyyə elitası Rusiyadan asılıdır və onlar Kremlin hər hansı addımına qarşı müqavimət göstərmək iqtidarında deyillər. Buna görə də Moskvada dərindən əmindirlər ki, onların Ermənistanla bağlı problemləri olmayacaq. Amma sonradan məlum oldu ki, Rusiya üçün Ermənistanda çoxlu problemlər yığılıb. Bu problemlər var və özünü büruzə verməyə bilməzdi. Bu, həm də onunla bağlıdır ki, Moskva Azərbaycan və Türkiyənin xeyrinə tez-tez «strateji» müttəfiqi olan Ermənistanı sıxışdırıb. Təkcə onu xatırlayaq ki, 1921-ci il Moskva razılaşması ilə Ermənistanın bir hissəsi Türkiyəyə verildi və erməni dövlətçiliyi məhv edildi. Qarabağ müharibəsi dövründə də Rusiya Ermənistana qarşı ciddi səhvlərə yol verdi. Rusiya Azərbaycanı müasir silahlarla təchiz etdi, erməni maraqlarını neytrallaşdıraraq Qarabağın beynəlxalq tanınmasının qarşısını aldı. Rusiya bir tərəfdən Ermənistana satdığı qazın qiymətini artırır, digər tərəfdən rus və erməni ekspertlərinin dili ilə bu qərarın siyasi xarakterli olmasının mesajını elan edir. Rusiyanın isterik reaksiyasının səbəbi nədir? Yəqin ki, «dostluq» artıq bitdi və indi siyasi münasibətlər qurmaq vaxtıdır. Məsələ ondadır ki, ilk olaraq Ermənistan siyasi münasibətlərə keçməyi istəyib. Bunun səbəbi isə Rusiyanın Azərbaycana satdığı müasir silahlardır. Moskva bunu yaxşı başa düşür, amma siyasi münasibətlərə keçmək üçün özündə güc tapmır. Psixoloji cəhətdən bu məsələ ruslar üçün bir qədər çətindir. Çünki ruslar əsrlərdir öyrəşiblər ki, «ermənilərdirsə, onlarla bağlı problemimiz olmayacaq». Keçmiş SSRİ-də ermənilər etinasız yanaşılan xalq idi. Bu gün isə Moskva yeni şərtlərlə razılaşmaq istəmir və yeni təzyiqlərlə silahlanır, qoğal artıq çoxdan qurtarıb. Belə olan halda Rusiya şantaja keçib. Prezident seçkilərindən əvvəl ölkədə vəziyyəti destabilləşdirməyə çalışdılar, amma uğur qazana bilmədilər. «Çiçəklənən Ermənistan» və Ermənistan Milli Konqresinin nümayəndələri ilə «tərbiyələndirici söhbətlər» və siyasi proqramlar təşkil etdilər. Bütün bunlar isə onunla nəticələndi ki, ermənilərin ruslar haqqında fikirləri dəyişdi. Bu isə Moskva üçün çox təhlükəlidir. Axı «xilaskar böyük qardaş» mifi dağılır. Bütün bu şərtlər daxilində Manuçaryan bəyan edir ki, Ermənistan Rusiyanı bezdirib və ondan yapışıb. Baxmayaraq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üstünə düşənləri artıqlaması ilə yerinə yetirir. Belə görünür ki, «qardaşlığı» xilas etmək üçün Rusiya qoşunlarını Ermənistana dəvət etməliyik».
Anar Mİrİyev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info