Rövşən Rzayev: “Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görüləsi işlər var”
Tarix: 17.05.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və “İnkişaf Proqramı”nın rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.
Komitədən verilən məlumata görə, Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan Dövlət Komitəsinin sədri Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. O bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. R. Rzayev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. O,  bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb.
R. Rzayev vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan, yurd-yuvasından didərgin düşmüş insanların bir çox çətinliklərinin həllinə nail olub. Dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasından söz düşəndə, ilk növbədə Azərbaycanın nümunə göstərildiyindən danışıb. Bildirib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən, Azərbaycanın təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğu dəfələrlə vurğulanıb. Bütün bunlara baxmayaraq, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində hələ də görüləsi işlərin olduğunu diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri münaqişə nəticəsində doğma yerlərindən didərgin salınmış soydaşlarımızla bağlı BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrini xatırladıb, dəstəyə görə təşəkkürünü bildirib.
BMT ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Q. İshaqzai mövcud olan sıx və səmərəli münasibətlərin daimi inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasına toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib,  BMT-nin Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraiti, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info