Levon Ter-Petrosyandan Paşinyana xəbərdarlıq
Tarix: 17.05.2018 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Keçmiş hakimiyyətin nümayəndələri xaos yaratmağa cəhd edəcəklər”

Bu gün Ermənistan parlamentində çoxluğa sahib olan Ermənistan Respublikaçı Partiyasının fraksiyası ölkədə erkən parlament seçkilərinin keçirilməsinin münasib olmadığını düşünür. «Erkən parlament seçkiləri hökumətin proqramının həyata keçirilməsində həll olunmaz maneələr, siyasi bir böhran olduqda keçirilir. Biz açıq şəkildə Paşinyan hökumətinin hərəkətlərinə maneə törətməyəcəyimizi bildirmişik». Bu sözləri «Azatutyun» radiosuna Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
Qeyd edək ki, Nikol Paşinyanın təqdim etdiyi yol xəritəsində erkən parlament seçkiləri «məxməri inqilab» ın məntiqi nəticəsi kimi dəyərləndirilir. Şarmazanov isə hazırda Paşinyan hökumətinin də erkən seçkilər barədə düşünmədiyini iddia edir: «Biz bunu hazırkı hökumətin gündəliyində müşahidə etməmişik, Yəni bir və ya iki aydan sonra erkən parlament seçkilərinə getməklə bağlı ən azı təəssürat belə, yoxdur. Bunu ötən gün Paşinyana ünvanlanmış suala aydın cavab verə bilməməsinə istinadən iddia etmək olar. Belə ki, Paşinyan bu məsələnin hələ müzakirə olunmadığını, lakin seçkilərin bu il keçiriləcəyinin ehtimal olunduğunu bildirib».
Maraqlıdır ki, Respublikaçı Partiyasının başqa bir nümayəndəsi Gevork Kostanyan ölkədə yeni parlament seçkilərinin keçirilməsinə ehtiyac olmadığını bildirir. «Əgər bu gün ölkədəki siyasi vəziyyət budursa, yəni həm müxalifətin, həm də iqtidarın hərəkətləri yalnız ölkənin mənafeyinə yönəlibsə, mən erkən seçkilərə heç bir ehtiyac görmürəm»-deyə Kostanyan bildirib.
Bu arada xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan «ilur.am» internet saytında dərc etdirdiyi məqaləsində hazırda özünü müxalifət kimi təqdim edən Respublikaçı Partiyasının ölkədə yaranmış vəziyyətdən hər an yararlana biləcəyini istisna etməyib: «Hər hansı bir inqilab üçün ən mühüm sınaq mərhələsi inqilabın zəfərindən dərhal sonra olur. Məhz bu vaxt birləşmiş hərəkatın fəalları təşəbbüs göstərməyə başlayır və illər ərzində yığılmış çoxsaylı problemləri həll etməyə çalışırlar. Lakin bu gün biz ölkədə nələri görürük? Respublikanın bütün ərazilərində, demək olar ki, etiraz aksiyaları keçirilir»
Ermənistandakı azsaylı sənaye müəssisələrinin etiraz edən işçilərinə, kənd təsərrüfatı ilə məşğul olanlara məktəb və uşaq bağçalarının da qoşulduğunu bildirən sabiq prezident bunun ölkəsinin gələcəyi üçün o qədər də yaxşı şeylər vəd etmədiyini bildirir. Etirazçıların hərəkətlərini, onların irəli sürdükləri tələblərin bir neçəsi istisna olmaqla, ədalətli tələb kimi dəyərləndirən Ter-Petrosyan bu problemlərin həll olunmamasının səbəbəni keçmiş hökumətdə görür. Sabiq prezident daha sonra yazır: «… Ancaq bir vacib hal nəzərə alınmır: bu gün Paşinyan Ermənistanın baş naziri, dövlət başçısıdır, onun ən vacib funksiyası dövlət orqanlarının normal fəaliyyətini təmin etməkdir. Lakin nəzərə alınmalıdır ki, bu gün istiqamətsiz və səmimi nümayişçilərin hərəkətlərindən başqa, geri çəkilmələrinə baxmayaraq, keçmiş rejimin tərəfdarları tərəfindən bəzi etiraz aksiyaları keçirilir. Aydındır ki, bir neçə gündən sonra respublikaçılar hökumətin proqramını təsdiq edərək , əsas məsuliyyəti Paşinyanın üzərinə qoysalar da, erkən seçkilərin keçirilməsindən yayınmağa çalışacaqlar. Bundan sonra onlar parlamentdəki çoxluq sıralarının birləşməsini saxlayaraq, hökumətin qanunvericilik təşəbbüslərini uğursuzlaşdırmağa cəhd edəcəklər. Onlar yeni hakimiyyət orqanlarının səlahiyyətlərini açıq şəkildə sabotaj edərək, ölkədə nəzarətsiz və xaos bir dövlət yaratmağa cəhd edəcəklər və bəlkə də yaradacaqlar».
Maraqlıdır ki, Ter-Petrosyan bütün bunların nəzəri əsaslara istinad edərək yazdığını bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info