“Cümhuriyyət tariximiz qürurumuzdur”: “Gizli istiqlalçılar” sənədli filminin təqdimatı keçirilib
Tarix: 18.05.2018 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Gizli istiqlalçılar” sənədli filminin təqdimatı keçirilib. Bilik Fondunun Mətbuat xidməti bildirir ki, fondunun icraçı direktoru Oktay Səmədov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yaradılmış “Kinoklub” məhz elmi-kütləvi, sənədli filmlər vasitəsilə gənc nəslin maarifləndirilməsinə xidmət edir. Bildirilib ki, klubun ilk toplantısında nümayiş etdirilən “Gizli istiqlalçılar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir. “ARB Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. T.Tahiroviç ekran əsərində Cümhuriyyətin süqutundan sonra Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən “İstiqlal” qəzeti haqqında maraqlı faktların əks olunduğunu bildirib. Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir. Filmin nümayişindən sonra Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu, “Gənc jurnalistlər” və “Kinoklub” üzvlərinin, “Mizan” Tələbə Dram Dərnəyinin və fondda təcrübə keçən ali məktəb tələbələrinin iştirakı ilə keçirilən tədbir maraqlı müzakirələrlə davam edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info