Qrant uğrunda mübarizə: radıkal müxalifət və 5-ci kolon sosial şəbəkələrdə özlərini ifşa edirlər
Tarix: 18.05.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Elman Nəsirov: “Radikal müxalifət bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilib”

Son bir neçə gün ərzində müxalifət daxilində baş verən qalmaqallar bir-birini əvəzləməkdədir. Bu qalmaqallar onların əsl mahiyyətini daha yaxşı anlamaq baxımından da çox önəmlidir. Əsasən sosial şəbəkədə gedən “atışmalar” ənənəvi-radikal müxalifətlə, “iaşə müxalifəti” arasında düşmənçilik yaradıb. Səbəb isə çox sadədir: qrant davası! Bəzi beynəlxalq dairələrin əlində alətə çevrilənlər bir daha ortaya qoyurlar ki, onlar qrant üçün hər şeylərini satmağa hazırdırlar. Xaricdəki “iaşə müxalifəti”- yeni qüvvələrlə köhnələr arasında yaranmış düşmənçiliyin hər keçən gün daha da artması qrant uğrunda savaşın hələ çox davam edəcəyini göstərir. İş o yerə çatıb ki, sosial şəbəkələrdə bir-birlərinin təhqir etməkdən, söyməkdən çəkinməyən radikal müxalifət və 5-ci kalon açıq şəkildə qrant davası aparırlar. Bu məsələ ilə bağlı “Palitra”nın dünən çap olunan sayında “Xaricdəki “iaşə müxalifəti” ilə “milli şura” arasında qalmaqal başlayıb” adlı geniş məqalə çap olunub (Məqalənin “Palitranews.az” saytındakı linki belədir: http://palitranews.az/news.php?id=85697).
Məlumat üçün qeyd edək ki, cari ilin mayın 9-da Helsinki komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirmişdi. Onun radikal müxalifətin və onun nəzarətində olan QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Bu qəzəb onların sosial şəbəkələrdə özlərini ifşa etməsi ilə müşahidə olunur. Bu isə çox acı bir həqiqəti üzə çıxarır: aldıqları qrant müqabilində Avropadakı, qərbdəki ağalarının sifarişlərini yerinə yetirərək dövlətimiz, onun milli maraqları əleyhinə mübarizə apardıqlarını özləri bir daha isbat etmiş olublar.
Son günlər ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Xədicə İsmayılın qarşılıqlı ittihamları diqqəti çəkir. Xədicə İsmayıl Sevinc Osmanqızını “Meydan TV”-nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu və Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Sevinc isə öz növbəsində Xədicəni xəstə adlandırıb. Natiq Adilov isə Emin Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə günahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, Aslan İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. Natiq Adilov hesab edir ki, Aslan İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır.
Cəmil Həsənli də “mövzu”dan kənarda qalmayıb və qrantlardan yazıb. Onun fikrincə, “Meydan TV” aldığı qrantları doğrultmayıb. Burdan isə məlum olan budur ki, “Meydan TV”-yə ayrılan iri həcmli qrantlar Cəmil Həsənlini ciddi narahat edir. Göründüyü kimi qrant uğrunda savaş gedir. Özlərini jurnalist adlandıran Xədicənin də, Sevincin də, radikalların da, “iaşə müxalifəti”nin də
məqsədi ancaq qrant almağa yönəlib. Burada bir neçə prinsipi özləri üçün əsas seçiblər: kim daha çox kim təhqir etsə, daha çox Azərbaycana xəyanət etsə, ölkənin milli maraqlarına qarşı çıxsa, qrantı ona verəcəklər. Buna görə də bir-birini utanmadan ifşa edirlər. Qrant üçün dövlətinin maraqlarına qarşı çıxan müxalifət başçıları, “5-ci kolon” nümayəndələri bir daha sübut edirlər ki, onlar üçün Vətən, Dövlət anlayışı yoxdur. Bunların məqsədləri heç də iddia etdikləri kimi insan haqları və ya demokratiya deyil. Bu insanların daha şirnikdirici təkliflər qarşısında gözlərini qırpmadan öz vətənlərini, dövlətlərini satacaqları şəksizdir. Bu barədə mətbuata açıqlama verən millət vəkili Elman Nəsirov deyib ki, radikal müxalifət bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilib. E.Nəsirovun sözlərinə görə, Əli Kərimli, Emin Milli, Sevinc Osmanqızı, Xədicə İsmayıl, Natiq Adilov və digərləri həmin dairələr tərəfindən bir əlcək kimi istifadə olunub kənara atılır: "Həmin şəxslər bunu dərk edəndə artıq bir-birilərini ittiham etməyə başlayırlar. Onda da başlayırlar ağalarına qarşı ittiham irəli sürməyə. Onlar siyasi dairələrin maliyyə dəstəyi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar, lakin gördülər ki, bunun heç bir nəticəsi yoxdur və özlərinin hansı səviyyədə olduqlarını, necə alətə çevrildiklərini başa düşdülər. Bundan sonra da öz aralarında bir-birinin paxırını açırlar. Beynəlxalq dairələr onların pulunu kəsən kimi onlarda bir məyusluq yaranır, bir-birilərini təhqir edirlər. Bu şəxslər həmişə belə qalacaq". Millət vəkili qeyd edib ki, bəzi siyasi qüvvələr radikal müxalifətin bu ünsürlərindən yalnız beynəlxalq tədbirlər çərçivəsində müvəqqəti istifadə edir: "Həmin qüvvələr bu ərəfədə geniş maliyyə vəsaiti xərcləyərək onlardan Azərbaycana qarşı istifadə edirlər. İstifadə edilən vaxtlarda həmin ünsürlər maliyyə vəsaitinə görə bir-biriləri ilə mehriban olurlar. Elə ki, həmin qüvvələrə bu şəxslər lazım olmur, onları süpürüb kənara atırlar. Siyasi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına fasilə verən kimi, bu şəxslər arasında bir-birinə qarşı ittihamlar başlanır. Əslində, bu proses onların əsl mahiyyətini, kim olduqlarını üzə çıxarır. Bu cür ünsürlərə də Azərbaycanda yer yoxdur. Onların əsl mahiyyəti alət olmaqdır. Azərbaycan ictimaiyyəti də bunu çox gözəl bilir".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info